137
Pas, unlu şeh, kök çürüməsi və bərk sürmə xəstəliklərinə qarşı əkinlər hektara 0,5 litr 25%-li
tilt və bayleton preparatları ilə işlənilir.
Ziyankar bağacıq, taxıl böcəkləri, taxıl sovkası, tripslərə, Hessen və İsveç
milçəkləri kimi
zərərvericilərə qarşı hektara 0,5-1,2 litr 50%-li karbofosla işlənilir.
Bitkinin kollanma fazasında azot-fosfor gübrələri ilə yemləmənin aparılması yaxşı nəticə
verir. Dənin keyfiyyətini yüksəltmək üçün yarpaq və toxuma diaqnostikasına əsasən azot gübrəsi ilə
kökdən kənar yemləmə aparılır. Çiçəkləmə-dəndolma dövründə əkinlərdə 1 hektara 200 litr 30%-li
məhlulla (65 kq sidik cövhər 150 litr suda həll edilir) çiləmə aparılır.
Suvarma
şəraitində kollanma, borulaşma və çiçəkləmə fazasından sonra suvarmaların
aparılması məhsuldarlığı xeyli artırır.
Məhsulun yığılması.
Yazlıq buğda (yumşaq) yetişən zaman asanlıqla tökülür, ona görə də
onun yığımını qısa müddətdə başa çatdırmaq lazımdır. Bərk buğda tökülməyə qarşı daha
davamlıdır, ancaq tarlada biçilməmiş bir müddət qaldıqda bütöv sünbüllər qırıla bilər.
Yazlıq buğda birmərhələli yaxud ikimərhələli üsulla yığılır. Əkinlər
alaqlarla əhəmiyyətli
dərəcədə zibilləndikdə, yetişmə eyni bərabərdə olmadıqda və yüksək
gövdəli sortlardan istifadə
edildikdə yığım iki mərhələdə aparılır. Hissə-hissə biçin mum yetişkənlik fazasında dənin
tərkibində nəmlik 30-40% olduqda JVN-6A, JNS- 6-12, JVS-6 markalı
kombaynlarla həyata
keçirilir.
Dənin tərkibində 12-13% nəmlik olduqda yığım birbaşa CKD-5, «Niva», «Don-1500»,
«Sibiryak» və s. kombaynlarla aparılır. Dən məhsulu yaxşı havalanmaya malik olan anbar şəraitində
saxlanılır.
Dostları ilə paylaş: