Botaniki təsviri. Arpa
hordeum cinsinin 1 mədəni
(Hordeum sativum Jessen) və çoxlu
yabanı növləri var. Sünbül oxunun pilləsində əmələ gələn sünbülcüklərin inkişaf etmə dərəcəsinə
görə səpin arpası üç yarımnövə bölünür.
138
1.
Hordeum vulqare L. - yarımnövü adi yaxud çoxcərgəli arpadır.
Bu yarımnövün sünbül
oxunun pillələrində olan sünbülcüklərin hamısı inkişaf edərək dən əmələ gətirdiyi üçün çoxcərgəli
adlanır. Sünbülün sıxlığına görə çoxcərgəli arpalar iki qrupa bölünür:
a)
düzgün çoxcərgəli –
hexastichum L. - yaxud altıüzlü arpa;
b)
düzgün olmayan çoxcərgəli -
tetrastchum L. - yaxud dördüzlü arpalar;
Düzgün çoxcərgəli arpaların sünbülü sıx olduğu üçün cərgələri bir-birinə qarışmayaraq hərəsi
bir şaquli xətt təşkil edir, ona görə düzgün çoxcərgəli, hər cərgəsi bir üz hesab edilməklə altıüzlü
adlanır. Sünbülün en kəsiyi altıguşəli ulduz kimi görünür.
Düzgün olmayan çoxcərgəli arpalarda sünbül seyrək olduğuna görə orta sünbülcüklər sağa-
sola əyilməyərək düz xətt təşkil edirlərsə də, yan sünbülcüklər həm bir-birinə və həm də sünbül
oxuna sıxılaraq əyri cərgə əmələ gətirir. Buna görə də düzgün olmayan adlanır. Orta cərgələrin
Şəkil 7. Arpa:
1,2 -cücərti fazası və dənədolma dövrü; 3,4 – ikicərgəli arpanın
sünbülü və onun eninə kəsiyi; 5 –sünbül oxunun pilləsində olan sünbülcük; 6 –
pərdəlü və çılpaq dən; 7,8,9,10 – həmçinin çoxcərgəli arpada; 11 – şəklidəyişmiş
(pərli) qılçıqlı sünbül; 12 – sığallı və dişli qılçıq hissəsi.
139
hərəsi bir ensiz üz, yan tərəfdəkilərin ikisi birlikdə bir enli üz (iki enli, iki ensiz) hesab edilməklə
dördüzlü adlanırlar.
2.