Hordeum distichum L. - yarımnövü ikicərgəli arpadır, oxunun pilləsində üç sünbülcük
əmələ gəlir. Ancaq onlardan ortada yerləşən inkişaf edərək dən verir, yan tərəfdəkilər az-çox
dərəcədə zəifləyir (rudimentləşir) və dən əmələ gətirmir. Ona görə də ikicərgəli adlanır. İkicərgəli
arpalar yan sünbülcüklərinin rudmentləşmə dərəcəsinə görə iki qrupa bölünür:
Nutantia qrupu -
nutantiaR. Red., yan sünbülcüklər zəif rudimentləşdiyinə görə onların
bütün pulcuqları (sünbülcük və çiçək pulcuqları), hətta bəzən erkəkciyin toz kisələri də inkişaf edir.
Defisienta qrupu –
deficientia R. Red., yan sünbülcüklər kəskin rudimentləşdiyi üçün yalnız
sünbülcük pulcuğuqları əmələ gəlir. Çiçək pulcuqları və cinsi orqanları ya heç olmur, ya da nəzərə
çarpmayacaq dərəcədə zəif olur.
3.
Hordeum intermedium Vav et orl. - yarımnöv keçid arpalardır, sünbül oxunun pilləsində
olan sünbülcüklərin inkişaf etmə dərəcəsindən asılı olaraq müxtəlif cərgəlilik alınır.
Sünbül oxunun hər pilləsində üç sünbülcük əmələ gəlir. Çiçək qrupu sünbüldür. Sünbülcüyü
bir çiçəklidir. Çiçəyində 3 erkəkcik bir dişicik vardır. Sünbülcük pulcuqları xırda, ensiz-
lansetvaridir. Çiçək pulcuqları dənə yapışır. Xarici çiçək pulcuğunun nəhayətindən qılçıq çıxır.
Arpanın dəni enli, yanları yığcamdır. Vələmirdən fərqli olaraq arpanın dənmeyvəsi çiçək
pulcuğu ilə bitişikdir. İkicərgəli arpanın pərdəliliyi 9-11%, çoxcərgəlininki isə 10-13%-dir.
Çoxcərgəli arpanın dənləri iriliklərinə görə eyni deyildir, yan dənlər xırdadır və əsasından bir qədər
əyilmiş kimidir.
Arpanın hər bir yarımnövləri spesifik xarakterə malik olan morfoloji əlamətlərə görə
növmüxtəlifliklərinə ayrılır: qılçıqlılıq (qılçıqlı, qılçıqsız), qılçığın xarakteri (dişli, hamar), sünbülün
və dənmeyvənin rəngi (sarı yaxud qara), pərdəliliyi (pərdəli, çılpaq), sünbülün sıxlığı (sıx - sünbül
oxunun 4 sm-də 15-18 üzvücük, seyrək - 7-14 üzvücük).
Növmüxtəlifliklərin hamısına demək olar ki, Azərbaycanın bütün bölgələrində təsadüf edilir.
Ancaq bütün bölgələrdə Pallidum növmüxtəlifliyi üstünlük təşkil edir.
Yayılmasına görə ikinci yeri Nutans növmüxtəlifliyi tutur. Bu növmüxtəlifliyin sortları
Pallidum növmüxtəlifliyinin sortlarına nisbətən az sahəyə malik olmaqla respublikamızın dağlıq və
dağətəyi rayonlarda yazlıq kimi becərilir. Yayılmasına görə üçüncü yeri qara sünbüllü bozumtul-
sarı rəngli qılçıqları olan niqropallidum növmüxtəlifliyi tutur. Buna daha çox aran ərazilərdə
Pallidum növmüxtəlifliyi sortlarının qarışığı kimi təsadüf edilir. Pərdəli arpaların qalan formalarına
taxıl əkinlərində çox nadir hallarda təsadüf edilir. Çılpaq dənli arpalar başqa ölkələrdən gətirilmədir.
Bu növmüxtəlifliklərdən əlavə maraq təşkil edən tanınmış, pərli arpadır –