Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə134/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   130   131   132   133   134   135   136   137   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

horsfordianum
(sünbülü 
sarı, çoxcərgəli, dəni pərdəlidir); 
trifurcatum
(sünbülü çoxcərgçli, sarı, dəni çılpaq). Bu 
növmüxtəlifliyinin sortları Azərbaycanda yayılmamışdır, onlar əlverişsiz şəraitə davamsızdırlar və 
məhsuldarlığı aşağıdır.
Bioloji xüsusiyyətləri. 
Arpa tipik öz-özünü tozlayandır, çiçəkləmə və mayalanma tez-tez 
sünbülləməyə qədər (keçir) baş verir. Bu ən tez yetişən bitkidir, vegetasiya dövrünün uzunluğu 60-
110 gün çəkir. Uzun gün bitkisidir. Buğda və vələmirə nisbətən məhsuldar kollanması yüksəkdir, 
buğdaya nisbətən qida maddələrini torpaqdan daha yaxşı, lakin vələmirə nisbətən daha pis 
mənimsəyir.
Yazlıq arpa digər dənli taxıl bitkiləri kimi fərdi inkişafın (orqanogenez) 12 əsas mərhələsini 
keçir. Payızlıq arpadan fərqli olaraq, yazlıq arpa I və II mərhələni 10-15 gün müddətinə sürətlə 
keçir. Fazalararası cücərti-üçün yarpaq dövrü 7-11 gün davam edir. Kollanma fazası çıxışlar 
alındıqdan təxminən 10-15 gün sonra başlayır, boruya çıxma-gövdələşmə 15-20 gün davam edir, 
süd yetişkənlik sünbülləmədən 12-15 gün sonra başlayır. Süd yetişkənlikdən mum yetişkənlik 
dövrünə qədər 8-12 günə davam edir, lakin 5-8 gündən sonra tam yetişmə başlayır.
Yazlıq arpa mülayim istilik sevən bitkidir. Cücərtiləri 5-7 
0
C temperaturda erkən və bir 
bərabərdə alınır. Cücərmə üçün optimal temperatur 20-22 
o
C-dir. Arpa cücərtiləri -7-8 
o
C şaxtaya 
dözürlər. Toxum cücərmək üçün öz kütləsinin 48-50%-i qədər artıq nəmlik qəbul edir. Bitkilər -14-
16 
o
C şaxtaya dözürlər. Çiçəkləmə və dəndolma dövründə mənfi -1,5-2,0 
0
C şaxtalar arpa bitkisini 


140 
zədələyir. Çiçəkləmə dövründə temperaturun 34-36 
o
C-yə çatması əlverişli sayılır. Arpa buğda və 
vələmirə nisbətən yüksək temperatura daha davamlıdır. Havanın 38-40 
0
C temperaturunda arpa 
yarpaqlarının ağızcıqları örtülmək (qapanmaq) qabiliyyətini 25-30 saatdan, yazlıq buğda 10-17 
saatdan, vələmir 4-5 saatdan sonra itirirlər. Arpanın tez yetişən sortlarının tam inkişafı üçün faydalı 
temperatur cəmi 1000-1500 
0
C, gecyetişənlər üçün isə 1800-2000 
0
C tələb olunur. 
Yazlıq arpa uzun gün bitkisidir. Yarovizasiya mərhələsini nisbətən qısa müddətdə keçirir. 
Toxum cücərərkən 5-8 rüşeym kökcüyü əmələ gətirir. 
Arpa müxtəlif torpaq-iqlim bölgələrində becərilir. Ancaq onlar üçün neytral reaksiyası (pH 
= 6,5-7,5) strukturlu münbit torpaqlar daha yaxşı hesab olunur. Bu münasibətinə görə o vələmirə 
nisbətən yazlıq buğdaya yaxındır. Torpaq və qida maddələrinə tələbkardır. İnkişafının əvvəllərində 
fosfor elementinə daha çox ehtiyac göstərir. Fosfor və kaliumla təmin edildikdə bitkilər qışa daha 
çox davamlı olurlar.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin