Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə138/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   134   135   136   137   138   139   140   141   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Vələmir 
Avena 
cinsinə aiddir. Vələmirin 76 növündən 16-sı mədəni 
becəriləndir. Mədəni vələmirin 2 növü daha çox yayılmışdır, səpin vələmir 
(Avena sativa L.)



142 
bizans vələmiri 
(Avena byzantina C Koch.).
Yabanı vələmir növlərindən Azərbaycan ərazisində 
əkinləri zibilləyən və daha çox yayılan yulafca 
(Avena fatua L.)
adlanır.
Yulafca mədəni vələmirdən, toxumun tez tökülməsinə və aşağı dəninin əsasınında pulcuqla 
örtülü halda nal (at nalı) şəkilli çuxurun olması ilə fərqlənir. Mədəni becərilən vələmirdə nal olmur. 
Yabanı vələmirin çiçək pulcuğu sıx tükcüklərlə örtülüdür, sünbülcük pulcuğunun kürəyində dirsək 
kimi əyilmiş qılçıq olur.
Mədəni vələmirin cücərtisi açıq yaşıl rəngdədir. Yarpağında qulaqcıqlar olmur, dilçəsi 
üçbucaq formalıdır. Çiçək qrupu süpürgədir. Yarpaq və gövdə buğumları çılpaqdır. Sünbülcükləri 
2-5 çiçəkli, qılçıqlı və qılçıqsızdır. Dənləri çılpaq və pərdəli olur. Sünbülcük pulcuqları adətən çiçək 
pulcuqlarından uzun olur. Qılçıqları xarici çiçək pulcuğunun kürəyində dirsəkli və qıvrılmış olur. 
Öz-özünü tozlayandır, çarpaz da tozlayır. Çiçəkləmə süpürgənin nəhayətindən başlayır. Dənin qarın 
tərəfində şırım olur. Dənin rüşeymi kütlənin 3-4%-ni təşkil edir. Dəninin 1000 ədədinin kütləsi 20-
40 qram arasında dəyişir.
Səpin vələmiri süpürgəsinin formasına və dənin xarakterinə görə üç növmüxtəlifliyinə 
bölünür. Birinci - dağılan süpürgəli və dəni pərdəli, ikinci - sıxılmış süpürgəli və dəni pərdəli, 
üçüncü - çılpaq dənli.
Səpin vələmiri növmüxtəlifliklərinə aşağıdakı əlamətlərinə görə bölünür: süpürgələrinin 
quruluşu, sünbülcük pulcuğunun rəngi, qılçıqlılığı və pərdəliliyi. 
Mutika, aristataaurea
növmüxtəliflikləri daha çox yayılanlardır. 
Respublikamızda Azərbaycan-60 sortu becərilir. Əsasən pərdəli dənləri olan formaları 
yayılmışdır. Çılpaq dənlilər az məhsuldardırlar və xarici şərait amillərinə çox tələbkardırlar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin