143
adətən çıxışlar alındıqdan 10-15 gün sonra qeydə alınır. Boruya çıxma (IV-VII mərhələ)
kollanmadan 10-15 gün sonra başlayır. Süpürgələmə (VIII mərhələ) boruya çıxmadan 15-20 gün
sonra, çiçəkləmə (IX mərhələ) süpürgə yarpaq qınından çıxan kimi başlayır. Birinci olaraq
süpürgənin ən yuxarıdakı və ayrı-ayrı budaqların axırıncı çiçəkləri açılır (çiçəkləyir),
sonra
çiçəklərin açılması budaqların əsası istiqamətində və süpürgənin aşağısında gedir. Sünbülcüklərin
çiçəkləməsi adətən 2-3 gün, süpürgələrinki isə 7-8 gün intervalında gedir. Çiçəkləmədən sonra qida
maddələri yumurtalığa axır və dənmeyvə formalaşır (X mərhələ), sonra süd yetişkənlik (XI
mərhələ), mum və tam yetişkənlik (XII mərhələ) başlayır. İlk əmələ gələn dənlər
daha iri, ağır çəkili
və daha yaxşı toxumluq keyfiyyətinə malik olurlar.
Vegetasiya dövrünün uzunluğu torpaq-iqlim şəraitindən və sortdan asılı olaraq 80-120 gün
təşkil edir.
Vələmir müqayisəli dərəcədə soyuğa davamlı bitkidir. Toxumları 1-2
0
C temperaturda
cücərir. 15-18
0
C-də kollanır. Cücərtiləri mənfi 8-9
0
C-də, hətta 11
0
C
şaxtalara dözür. Çiçəkləmə
dövründə - 1,5-2,0
0
C şaxtalar bitkini zədələyir. Vələmirin çiçəkləməsi
üçün daha əlverişli
temperatur 18-20
0
C-dir. Dənə dolma dövründə vələmir -5
0
C şaxtalara dözür. Byğda və arpaya
nisbətən vələmir yüksək temperaturu (35-40
0
C) daha pis keçirir. 38-40
0
C temperaturda 4-5
saatdan
sonra ağızcıqlar iflic olmağa başlayır, arpada bu 25-30 saatdan sonra baş verirdi.
Cücərtilər alındıqdan yetişməyə qədər fəal temperatur cəmi tez yetişən sortlar üçün 1000-
1500
0
C, orta müddətdə yetişənlər üçün 1350-1650
0
C və gec yetişənlər üçün isə 1500-1800
0
C
təşkil edir.
Yarovizasiya mərhələsini 2-5
0
C temperaturda 10-12 günə keçirir.
Vələmir buğda və arpaya nisbətən nəmliyə çox tələbkar bitkidir. Toxumları öz kütləsinin
60-65% -i qədər nəmlik qəbul etdikdən sonra cücərmə qabiliyyətinə malik olur.
Bu da digər
bitkilərdən 10-15% artıqdır. Vələmir tez inkişaf edən kök sisteminin sayəsində yaz quraqlığından az
əziyyət çəkir. Süpürgələməyə 10-15 gün qalmış, generativ orqanlar inkişaf edən zaman nəmliyin
çatışmaması xüsusən vələmirin məhsuldarlığına kəskin təsir edir və məhsul itkisi daha çox olur. Bu
dövrdə quraqlıq keçməsi məhsulun kəskin azalmasına gətirib çıxarır. Yayın birinci yarısı yağıntılı
olduqda vələmir daha çox məhsulu verir. Transpirasiya əmsalı 474-dür.
Nəmliyə ən çox tələbi
borulaşma fazasından süpürgələməyə qədərdir. Çiçəkləmə dövründə yüksək (38-40
0
C)
temperaturaya dözmür. Yağıntılar çox düşən nəmli illərdə vələmir məhsuldar olur.
Vələmirin torpağa tələbi az olduğundan qumsal, gilli hətta bataqlaşmış
torpaqlarda belə
inkişaf edir və yaxşı məhsul verir. Ona görə ki, torpağın 120 sm dərinliyinə və 80 sm ətrafa yayılan
kök sistemi yaxşı inkişaf etmiş və yüksək mənimsəmə qabiliyyətinə malikdir. Bundan əlavə neytral
və zəif turş reaksiyalı torpaqlarda da yaxşı inkişaf etməsi müşahidə edilir. Vələmirin kök sistemi
torpaqdakı çətin həll olan fosfatları asan mənimsəyir. Şoran torpaqlar
vələmir əkinləri üçün az
yararlıdır. Vegetasiya müddəti 100-120 günə bərabərdir.
Dostları ilə paylaş: