Tapşırıq və yoxlama sualları -2
1.
Bitkinin boy atması və inkişafı nədir?
2.
Vegetativ dövr nədir? Birillik və çoxillik otlarda onun nə kimi həddi var?
3.
Bitkinin həyatında hansı dövr generativ dövr adlanır?
4.
Birillik və çoxillik otların vegetasiya dövrünün həddini göstərin.
5.
Bitkinin boy və inkişafının hansı dövrləri ontogenezə daxildir?
6.
Bitkinin inkişaf fazası nədir? Taxıllar fəsiləsinin bitkiləri hansı inkişaf fazalarını keçir?
7.
Fitosintez və aqrosenoza misallar gətirin.
8.
Məhsul, məhsuldarlıq və potensial məhsuldarlıq anlayışları nə ilə fərqlənirlər?
9.
Məhsulun struktur (quruluş) komponentlərini sadalayın.
10.
Həqiqi (təsərrüfat) və bioloji məhsul arasında nə kimi fərq vardır?
11.
Gübrə dozası, gübrə norması necə adlanır?
12.
Eyni əhəmiyyətə malik və əvəzedilməz həyat amillərinin fizioloji qanununun mahiyyəti
nədədir?
13.
Bitkinin həyatını hansı tənzimlənməyən, hissə-hissə tənzimlənən və tənzimlənən amillərə
aid edirlər? Tənzimlənməyən amillərin mənfi təsirini necə azaltmaq olar?
FƏSİL 3. TARLA BİTKİLƏRİNİN NƏMLİKLƏ OPTİMAL TƏMİN OLUNMA
DƏRƏCƏSİ
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı vegetasiya müddətində əsasən bitkilərin nəmliklə
təmin olunma rejimindən asılıdır. Bitkinin potensial məhsuldarlığını reallaşdırmaq üçün vegetasiya
müddətində torpağın nəmlik dərəcəsi tarla rütubət tutumunun son həddi 100%-dən 60%-ə qədər
olmalıdır.
Tarla rütubət tutumunun son həddi torpağın maksimum nəmlik həddidir, və yaxud torpaqdakı
suyun qravitasiya suyu ilə birləşməsindən sonra maksimal miqdarıdır (torpağın bütün məsamələri
su ilə dolu olan zamankı nəmliyi tam rütubət tutumu adlanır). Torpaq bu vəziyyətdə olduqda
qurudulur və mütləq quru torpağa görə suyun faizi təyin edilir. Nəmliyin bu göstəricisi 100% tarla
rütubət tutumuna bərabər olacaqdır. O çox güclü dərəcədə torpağın qranulometrik tərkibindən və
humusun miqdarından asılıdır. Orta gillicəli torpaqlar üçün 100% tarla rütubət tutumunda mütləq
quru torpağa görə 25-26%-ə qədər olur. Zəif humuslaşmış qumsal torpaqlarda bu göstərici 22-24%-
ə qədər enir, lakin ağır gillicəlidə (humusun miqdarı 4-5%) 30-34%-ə qədər artır.
Vegetasiyanın hər hansı bir dövründə torpağın nəmliyini tarla rütubət tutumuna görə faizlə
təyin etmək üçün, 100% TRT hansı nəmliyə uyğun gəlir və hansı zamanda mütləq quru maddəyə
görə torpağın nəmliyini bilmək zəruridir. Məsələn, 100% TRT mütləq quru torpağa 27% nəmlik
16
uyğun gəlir, lakin torpağın nəmliyi təhlil zamanı 16,2%, yəni 60% TRT bərabərdir. TRT-nin 100%
nəmliyi zamanı torpaq kapillyarları su ilə dolurlar və birləşirlər, bütün torpaq məsamələrinin
yarıdan çoxunu hava ilə tutulmuş iri məsamələr təşkil edir. Bitkinin kökü bu zaman oksigen
çatışmazlığını hiss etmir. Kök tükcükləri (tel) kapillyarlara soxularaq ondan həyatının bütün
dövrlərində 5-20 gün növ və sortun genotipindən asılı olaraq su götürə bilər. Nəmlik yüksək TRT
100%-dən artıq olduqda, belə ki, hava su ilə sıxışdırılıb çıxarılır və köklər oksigen çatışmazlığını
hiss edirlər. Nəticə etibarı ilə 100% TRT torpağın optimal nəmliyinin yuxarı həddi adlandırmaq
olar.
Torpaq səthindən suyun buxarlanması üzündən və onun inkişaf edən bitki tərəfindən istifadəsi
torpağın əkin qatındakı nəmliyini daima azaldır, və müəyyən mərhələdə su-kapillyar sistemi dağılır,
torpaq kapillyarları parçalanırlar (qırılırlar). Nəmliyinə görə torpağın bu halı kapillyar nəmliyin
qırılması adlanır (KNQ). Torpaqların əksəriyyətində TRT 60%-ə qədər enməsi sayəsində o zəif
humuslaşmış torpaqlarda 63-65%, lakin rabitəli və yüksək humuslaşmış torpaqlarda isə 55-58%-dir.
Torpağın nəmliyi, kapillyarların qırılması nəmliyindən aşağı endikdə, kapillyarın qırılmış
yerinə soxulmuş kök telləri oradakı suyu tezliklə sərf edərək qurtarırlar (su tükənir) və məhv
olurlar. Kök tellərinin fəaliyyətinin davamı 10-15 sutkadan 3-4 sutkaya, yaxud hətta bir neçə saata
qədər qısalır. Su olan yeni kapillyar qırığını (kəsiyini) axtarmaq məqsədilə bitki, təzə kök telləri
əmələ gətirməyə məcbur olur.
Bir kök telinin uzunluğu
orta hesabla 1 mm təşkil edir,
dənli taxıl bitkilərində 1,5
mm-dir. Hesablanmışdır ki,
qarğıdalı kökünün böyüyən
zonasının 1 mm
2
sahəsində
1900-ə yaxın kök telləri olur.
Bir bitkinin kök tellərinin
ümumi uzunluğu 3-4 km-ə
çatır, lakin qabaq bitkisində 25
km-dir. Buğda əkinlərinin bir
hektarında köklərin sorucu
səthi 100 min m
2
təşkil edir.
Nəmlik çatışmayan zaman su
stressi dərinləşdikcə bu böyük
sorucu səth də tez dəyişir.
Ehtimal ki, dövri olaraq
torpaqda
nəmliyin
çatışmamasından quru çöl
zonalarında güclü humus qatı
əmələ gəlir. Burada bitki
örtüyü yüz min yaxud milyon
illər
suyu
olan
qırıq
kapillyarları
axtarır
və
fotosintez məhsullarının böyük hissəsi torpağa istiqamətlənir (şəkil 1). Nəticə etibarı ilə
kapillyarların qırılma nəmliyi torpağın optimal nəmliyinin aşağı həddidir.
Torpağın nəmliyi TRT 50-45% olan zaman bitkinin turqor halı və xarici əlamətinə görə su
stressinin əlamətləri müşahidə olunmur, lakin fotosintez məhsullarının böyük hissəsi çoxlu xırda
kökcüklər və kök tellərinin əmələ gəlməsinə xərclənir, yerüstü kütlədə vegetativ və generativ
orqanların toplanması azalır. Bundan sonra torpaq nəmliyinin TRT 35-25%-ə qədər enməsi zamanı
demək olar ki, yerüstü kütlənin toplanması kəsilir, su axtarmaq üçün bütün fotosintez məhsulları
xırda köklərin boy atmasına istiqamətlənir.
Torpaq nəmliyinin kapillyarların qırılma nəmliyindən (KNQ) daha aşağı enməsi, azot gübrəsi
verilməyən paxlalı bitkilərə xüsusən böyük zərər vurur. Hava azotunun müştərək (
simbioz
) təsbit
olunmasına bitki çoxlu sulu karbonlar (karbohidratlar) sərf edir. Torpaqda nəmlik aşağı olan zaman
Шякил 1.
Əkin qatının müxtəlif nəmliklərində paxlalı bitkilərin kök
sistemi.
a-kapilyarların qırılma nəmliyindən (KQN) aşağı nəmlik, b- kapilyarların
qırılma nəmliyindən yuxarı nəmlik.
Ə
ки
н гаты
а
б
Подзол гаты
17
xırda kökcüklərin formalaşmasında zəruri olan karbohidratları fırlardan (
Dostları ilə paylaş: |