144
Səpindən 10-15 gün qabaq qranulometrik tərkibi ağır olan torpaqlarda arat aparılır. Səpindən əvvəl
10-12 sm dərinliyində yumşaltmaq məqsədi ilə kultivasiya çəkilməsi də tövsiyə olunur. Səpin
qabağı becərmədə toxum səpilən dərinlikdə torpağa kultivasiya çəkilir və sonra sahə malalanır.
Cərgəarası becərmədən sonra torpaq birbaşa şum edilir, hektara 10-15 ton yarımçürümüş peyin və
1-2 sentner superfosfat verilir.
Gübrələnməsi.
Vələmir yaxşı inkişaf etmiş kök sisteminin sayəsində sələf bitkisindən sonra
saxlanmış, torpaq münbitliyi və qida maddələrindən səmərəli istifadə edir. Xüsusən məhsuldarlığa
və dənin keyfiyyətinə sələf bitkisi altına verilmiş üzvi gübrələr güclü təsir edir. Bir ton dənin
formalaşması üçün torpaqdan 27-31 kq azot, 10-12 kq fosfor və 22-29 kq kalium aparır. Vələmir
üzvi və mineral gübrələrin verilməsinə tələbkardır. Peyinin sonrakı təsiri də məhsuldarlığın
yüksəlməsində özünü göstərir. Mineral gübrələrin tam normada verilməsinə çox həssasdır. Xüsusən
azot gübrəsini sevir. Fosfor və kalium gübrələri əsas şum altına, azotun 50-60%-i səpinqabağı
kultivasiya altına, qalan hissəsi isə kollanmanın sonu və boruya çıxmanın başlanğıcında yemləmə
şəklində verilir. Hektara N
60
P
60
K
50
kq gübrə normalarının verilməsi torpaq tipindən asılı olaraq
yaxşı nəticə verir.
Dostları ilə paylaş: