Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Toxumların səpinə hazırlanması, səpin müddəti, üsulu və norması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə141/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   137   138   139   140   141   142   143   144   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Toxumların səpinə hazırlanması, səpin müddəti, üsulu və norması.
Vələmirin səpini 
çeşidlənmiş iri toxumlarla aparılır. Xüsusən sünbülcüyün aşağı toxumları daha iri, ağır kütləli, daha 
yaxşı inkişaf etmiş, ən yüksək səpin keyfiyyətinə və məhsuldarlıq xüsusiyyətinə malik olurlar. 
Yuxarı dənlərdən böyümüş bitkilərə nisbətən aşağıdakı dənlərdən daha güclü və məhsuldar bitkilər 
inkişaf edir. Toxumun təmizliyi 97%-dən, cücərməsi isə 90%-dən az olmamalıdır. Səpindən əvvəl 
toxumlar təmizlənərək iriliyinə görə çeşidlənərək qranozon, merkuran və raksil preparatlarının biri 
ilə quru üsulda dərmanlanır. Tozlu sürməyə qarşı 40%-li formalin məhlulu ilə tona 0,4 litr 
hesabında səpinə 3-4 gün qalmış dərmanlanır. Kök çürüməsi və toz sürməyə qarşı hektara 3-3,5 kq 
75%-li vitavaksın tətbiqi yaxşı nəticə verir. Səpindən 4-5 gün əvvəl toxumları açıq havada işıq 
altında isidirlər.
Ən yaxşı səpin müddəti torpağın fiziki yetişkənliyə çatması dövrüdür. Orta sutkalıq 
temperatur 12-14 
0
C-yə çatdıqda səpin aparılır. Səpinin bir qədər gecikdirilməsi məhsulun kəskin 
azalmasına səbəb olmur. Bu onunla əlaqədardır ki, yazlıq buğda və arpaya nisbətən vələmir 
torpağın 1,5 metr dərinliyinə işləyən ikinci mənşəli köklərini tez əmələ gətirir, İsveç və Hessen 
milçəyinin zədələnməsindən az əziyyət çəkir. 
Səpin SZ-3,6, SZP-3,6, SZS-2,1 səpici aqreqatlarla adi cərgəvi və ya darcərgəli üsulla 
aparılır.
Səpin norması səpin müddətindən, səpin üsulundan, torpağın alaqlarla zibillənmə 
dərəcəsindən və digər şərtlərdən asılı olaraq müəyyənləşdirilir. Səpin norması hər hektara cücərmə 
qabiliyyəti olan 3,5-4,0-5,0 mln. ədəd toxumdur. Toxumların iriliyindən və torpaq tipindən asılı 
olaraq basdırılma dərinliyi 4-6 sm-dir. Qranulometrik tərkibi ağır olan nəmli torpaqlarda 3-4 sm 
dərinliyə basdırılır. 
Əkinlərə qulluq. 
Vələmir əkinlərinə edilən əsas qulluq işləri buğda və arpa əkinlərində 
olduğu kimidir. Toxum arata səpilməyibsə şırımlarla səpsuvar aparılır. Payız dövründə əkinlərdə 
alaqlanma çox olarsa onlara qarşı mübarizə aparmaq lazımdır. Zərərvericilərdən gəmiricilərə qarşı 
payız-qış dövründə aldadıcı yemlər hazırlanır və tarlaya səpilir. Erkən yazda tarla köndələninə 
malalanır. Eyni zamanda hektara 30 kq azot və 20 kq fosfor norması ilə 1-ci yemləmə gübrəsi 
verilir. 2-ci yemləmə gübrəsi isə boruyaçıxma fazasının əvvəlində həyata keçirilir. Suvarma 
zonalarında əkinlər 2-3 dəfə şırımla suvarılır. Su norması hektara 800 – 1000 m
3
olmaqla bitkilərin 
inkişaf fazaları ilə əlaqələndirilməlidir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin