Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə142/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   138   139   140   141   142   143   144   145   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Vələmirin toxumları bir bərabərdə yetişmirlər. Süpürgənin uc 
hissəsində olan sünbülcükdəki dənlər əvvəlcə yetişir. Süpürgənin aşağı hissəsindəki dənlər isə gec 
yetişirlər. Vələmiri hədsiz tez biçmək də faydasızdır, çünki, bu zaman çoxlu yaşıl toxumlar alınır. 
Vələmirin birbaşa yığılması dənin mum yetişkənlik dövründə başlanır. Süpürgələrin orta 
hissəsindəki dənlər mum yetişkənlik fazasına çatdıqda yığım hissə-hissə, yəni iki mərhələdə 
aparılır. Yığımı qısa müddətdə 5-7 günə başa çatdırmaq lazımdır ki, dən itkisi minimuma endirilsin. 


145 
14.3.4. Qarğıdalı
Əhəmiyyəti
. Qarğıdalı dünya əkinçilik sistemində ən mühüm və ən məhsuldar dənli yem 
bitkisidir. Bu bitki hərtərəfli istifadəsi və yüksək məhsuldarlığı ilə fərqlənir. Dənli yem bitkisi kimi 
qarğıdalı məhsuldarlığına və yemlilik dəyərinə görə bütün dənli yem bitkilərindən üstündür və 
onları ötüb keçir. Qarğıdalı xalq təsərrüfatında ərzaq, texniki və yem kimi istifadə edilən bitkidir. 
Dünya ölkələri qarğıdalı dəninin 20%-ni ərzaq, 15-20 %-ni texniki məqsədlər və yerdə qalan 2/3 
hissəni yem kimi istifadə edirlər. Dənin tərkibində, torpaq-iqlim şəraitindən və becərilmə 
texnologiyasından asılı olaraq 65-75% nişasta, 7,5-12% zülal, 1-2% şəkər, 4-8% yağ (nüvəsində 
40%), 1,5-2% kül elementləri, mineral duzlar və vitaminlər var. Müəyyən edilmişdir ki, ərzaq və 
texniki məqsədlə bu bitkidən 146 məmulatın hazırlanmasında istifadə olunur. Qarğıdalının 
dənindən un, yarma, konserva, nişasta, etil spirti, pivə, dekstrin, qlükoza, saxaroza, sirop (şirə), yağ, 
qlütamin turşusu, mis (Cu) elementi, E və C vitaminləri alınır.
Gövdə, yarpaq və qıcasından kağız, linoleum, viskoz, süni tıxac, plastmas, fəallaşdırılmış 
kömür, yuxu gətirici dərman və s. hazırlanır. 
Qarğıdalı dünya miqyasında və ölkəmizdə 
istifadə edilən əsas yem bitkisidir, 1 kq dəndə 1,34 
y.v. və 78 qr. xam zülal vardır. Lakin, dəndə lizin və 
triptofanın miqdarı azdır, yemlilik dəyəri aşağı olan 
zeatin isə çoxdur. Dən qarışıq yem sənayesi üçün 
əvəzsiz komponentdir, eyni zamanda yeyinti 
sənayesi və başqa sahələr üçün qiymətli xammaldır.
Qarğıdalı bitkisi möhkəm yem bazasının 
yaradılmasında həlledici rol oynayır. Belə ki, ondan 
yaşıl kütlə halında (karotin çox olduğundan) istifadə 
edilir. Yem kimi həm gövdəsindən, həm 
yarpağından, həm də qıcasından (dən yığıldıqdan 
sonra) da istifadə olunur. Yaşıl kütlənin hər 
sentnerində 21, küləşin hər sentnerində 37, qıcasında
isə 35 y.v. var.
Qarğıdalı silosluq bitki kimi birinci yerdə 
durur. Qarğıdalı cərgəarası becərilən bitki kimi 
növbəli əkində digər tarla bitkiləri üçün yaxşı 
sələfdir. Çünki, o, özündən sonra tarlanı alaqlardan 
təmiz saxlayır, demək olar ki, dənli bitkilərin ümumi 
xəstəlik və zərərvericilərini daşımır. Qarğıdalı dən 
məqsədilə becərildikdə dənli taxıl bitkiləri üçün 
yaxşı sələf, ancaq yaşıl yem kimi becərildikdə isə 
gözəl məşğullu herik bitkisi hesab olunur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin