Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə143/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   139   140   141   142   143   144   145   146   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi
Qarğıdalı qədim bitkidir. Vətəni Mərkəzi və Cənubi Amerikanın tropik və 
subtropik zonaları sayılır. Bu bitki XV əsrdə İspaniyaya gətirilmiş və Avropada bir tərəvəz bitkisi 
kimi becərilməyə başlanmışdır. XVI əsrin axırı, XVII əsrin əvvəllərində Rusiyaya yayılmışdır. 
Güman edilir ki, XVII əsrin əvvəllərində İtaliya tacirləri tərəfindən Türkiyə ərazisini keçərək 
Gürcüstana gətirilmişdir. Azərbaycan respublikasına XVIII əsrin axırı XIX əsrin əvvəllərində 
Gürcüstandan gətirilərək Qazax və Zaqatala rayonlarının ərazisində becərilməyə başlanmışdır.
Yayılması və məhsuldarlığı. 
Qarğıdalı bütün dünya ölkələrində, tropik zonadan tutmuş 
Skandinaviya dövlətlərinə qədər becərilir. Dünya miqyasında 142 milyon hektardan çox dən 
məqsədi üçün qarğıdalı becərilir. Onun əkinləri ABŞ-da 30 milyon, Braziliyada 12 milyon, 
Hindistanda 6 milyon, Argentinada 3,5 milyon hektar sahəni əhatə edir. Azərbaycanda əkin sahəsi 
70 min hektara yaxındır. Yaxşı aqrotexnika şəraitində qarğıdalı hektardan 50 sentner və daha çox 
Şəkil 9.
Qarğıdalı – 1, 2 – bitki cücərti və 
çiçəkləmə fazasında; 3, 4 – sünbülcüklər və erkək 
çiçəklər (hamaşçiçək); 5, 6 
– 
sünbülcük və dişi 
çiçək. 


146 
dən məhsulu verir. Dünya əkinçiliyində məhsuldarlıq orta hesabla 44,7 sentner, ABŞ-da 60 sentner, 
Kanadada 53 sentner olmuşdur. Azərbaycanda dənlik qarğıdalının əkin sahəsi 33550 hektar, ümumi 
məhsul istehsalı 162188 ton və orta hesabla hektardan məhsuldarlıq (2008-ci il) 48,9 sentner 
olmuşdur. Azərbaycanda qarğıdalı bitkisindən yüksək məhsul alan rayonlardan Balakən, Zaqatala 
və Şəkini göstərmək olar.
Botaniki təsviri. 
Qarğıdalı birillik bitkidir. 
Poaceae
- dişəkimilər (qırtıckimilər) fəsiləsinə 
aid olub, cinsi - 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin