Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə145/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   141   142   143   144   145   146   147   148   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Z. m. indentata sturt.
- dənləri iri, uzunsov-prizmaşəkilli, hamardır. Yarımnöv 
əlaməti olaraq dənin təpəciyi çuxurlu, arxa (kürək) tərəfi uzununa iki qabırğalıdır. Buynuzşəkilli 
maddə endrspermin yan tərəflərində, nişasta isə təpəciyində və mərkəzi hissəsində toplanır. 
Dilşəkilli qarğıdalının sort və hibridlərinin bitkisi hündürboylu, yarpaqları sayca çox və 
iridir. Yüksək yaşıl kütlə və dən məhsulu verir. Lakin digər yarımnövlərə nisbətən zəif budaqlanır. 
Bərkdənlı - 
Z.m. indurata sturt.
- dənləri iri və xırda, yuvarlaq, səthi hamar, ön və arxa tərəfi 
basıq, təpəciyi dairəvidir. Nişasta endospermin yalnız mərkəzində toplanır, qalan hissəsi 
buynuzşəkilli maddə ilə doludur. Gövdəsi hündürboylu, qüvvəli budaqlanandır. Tezyetişən 
sortlarının qıcası və dənləri xırdadır. 
Nişastalı - 
Z.m. amylacea
sturt.
- dənləri iridir, quruluşuna görə adi qarğıdalıya oxşardır. 
Ancaq endospermi nişasta ilə dolur. Buynuzşəkilli maddə ya heç olmur, yaxud da toxum qilafının 
altında nazik pərdə təşkil edir. 
Şəkərli - 
Z. m. saccharata
sturt. 
- dəni iri və orta irilikdə, səthi və təpəciyi qırışıqlıdır. Dənin 
kəsiyi hədsiz parlaqlığa malikdir, normal yetişdikdə tərkibində nişasta olmur. Bitkisi ortaboylu, 
nisbətən qüvvəli budaqlanandır. 
Partlayan - 
Z.m. everta
sturt. 
- dəni xırda, yuvarlaq, zəif basıq, təpəciyi dairəvi, yaxud 
pazşəkilli, sivriləşmiş kimidir səthi hamar, yaxud zəif qırışıqlıdır. Endospermində buynuzşəkilli 
maddə kəskin inkişaf edir. Nişasta olmur, olsa da yalnız rüşeymində xırda ləkə kimi toplanır. Bitkisi 
alçaqboylu qıcası xırdadır. 
Mumvari - 
Z.m. ceratina
sturt. -
dənində mumvari endosperm olur. 


148 
Örtüklü -

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin