Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Vegetasiya müddətlərinin uzunluğuna görə qarğıdalının sort və hibridlərinin təsnifatı



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə147/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   143   144   145   146   147   148   149   150   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Vegetasiya müddətlərinin uzunluğuna görə qarğıdalının sort və hibridlərinin təsnifatı 
 
Yetişmə qrupları 
Vegetasiya dövrü, günlər 
Əsas gövdədə 
yarpaqların miqdarı 
Fəal temperatur cəmi, 
0

Tez yetişən
80-90 
10-12 
2100 
Orta tez yetişən 
90-100 
12-14 
2200 
Orta yetişən
100-115 
14-16 
2400 
Orta gec yetişən
115-130 
16-18 
2600 
Gec yetişən 
130-150 
18-20 
2800 
Olduqca gec yetişən
150-dən daha çox
20-dən daha çox 
3000-dən daha çox 
Dənlik qarğıdalı əkinlərində yüksək məhsulun formalaşması üçün hektarda 40-50 min m
2
yarpaq 
səthi, lakin yaşıl kütlə məqsədi ilə hektarda 60-70 min m
2
və daha artıq yarpaq səthi əmələ 
gəlməlidir.
Qarğıdalı bitkisinin vegetasiya müddətinin uzunluğu 75-180 gün və daha çox olur. 
Morfoloji və bioloji əlamətlərindəki fərqlərinə görə qarğıdalı bir neçə yetişmə qruplarına 
ayrılır (cədvəl 38).
 
 Azərbaycanda rayonlaşdırılmış sortları:
Yaxşılaşdırılmış yerli Zaqatala, Azərbaycan – 3, 
Zaqatala – 514, Zaqatala – 68, Kəpəz, Zaqatala – 420. 
Növbəli əkində yeri. 
Qarğıdalını tarla, yem və ixtisaslaşdırılmış növbəli əkinlərdə və daima 
eyni yerdə becərmək mümkündür. Ən yaxşı sələflər payızlıqlar, birillik dənli - paxlalı bitkilər, 
kartof, şəkər çuğunduru və s.-dir. Münbit və yaxşı qulluq olunmuş torpaqlarda gübrə verməklə 
yanaşı qarğıdalını eyni tarlada becərmək mümkündür. Dənli-paxlalı bitkilər (göy noxud, yem 
paxlası, və s.) qarğıdalı üçün ən yaxşı sələfdir. Kövşənlik bitkisi kimi qarğıdalını payızlıq buğda və 
arpadan sonra əkib, eyni sahədən həmin ildə iki dəfə məhsul götürmək mümkündür. Qarğıdalını 
payızlıq dənli bitkilərdən, taxılçılıq və qarğıdalı əkən rayonlarda qarğıdalıdan, payızlıq taxıllardan, 
dənli-paxlalı bitkilərdən, tərəvəz və bostan bitkilərindən sonra əkmək olar. Torpaq-iqlim
zonasından asılı olaraq sələflərə münasibət müxtəlifdir. Belə ki, qarğıdalını nəmliyi az olan 
bölgələrdə əsasən şəkər çuğunduru, Sudan otu və günəbaxandan sonra əkmək məsləhət görülmür. 
Ona görə ki, həmin sələflər torpağın dərin qatlarındakı nəmlikdən istifadə edirlər. 
Yüksək aqrotexnika tətbiq etməklə qarğıdalını eyni tarlada bir neçə il becərmək 
mümkündür, bu şərtlə ki, alaqlara, zərərverici və xəstəliklərə qarşı mübarizə, yemləmə gübrələrinin 
verilməsi və suvarmaların düzgün aparılması vaxtlı-vaxtında həyata keçirilsin. Belə olduğu halda 
eyni tarlada iki dəfə dən və silos məhsulu yetişdirilə bilər. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin