152
Karbonatlı torpaqlarda marqansın çatışmaması köhnə yarpaqlarda sarı və boz ləkəli şırım
əmələ gətirməklə bitki boz ləkəlik xəstəliyinə tutulur. Bitkinin marqansa olan tələbatını toxumu
marqans sulfatla işləmək yaxud kökdən kənar yemləmə (hektara 150-200 qram) aparmaqla ödəmək
mümkündür. Turş torpaqlarda bitkinin molibdenə, mis və bor elementlərinə tələbatı ola bilər.
Qarğıdalı bitkisi intensiv böyümə dövründə qida maddələrinə daha çox tələbkardır.
Çiçəkləmə və süd-yetişmə dövründə qida elementlərinə daha çox tələbat göstərir. Hektardan 60-70
sentner dən yaxud 500-600 sentner yaşıl kütlə məhsulu götürdükdə 150-180 kq azot, 50-60 kq
fosfor və 150-200 kq kalium mənimsəyir.
Respublikamızın ağır qranulometrik tərkibli suvarılan torpaqlarında qarğıdalı bitkisindən
yüksək məhsul götürmək üçün şum altına hektara 15-20 ton peyin və 2-3 sentner superfosfat
verilməlidir. Qida maddələri ilə zəif təmin olunmuş qumlu və gillicəli torpaqlarda yaşıl
gübrə
məqsədi üçün lüpin, paxla, noxud kimi bitkilər becərilərək torpağa basdırıldıqda yaxşı nəticə verir.
Əgər şum altına lazımi normada gübrə verilməyibsə yazda pərşum və ya səpinqabağı kultivasiya
altına verilir.
Qərb bölgəsinin suvarılan torpaqlarında qarğıdalı bitkisinin hər hektarına 60-90 kq azot, 60-
90 kq fosfor, 40-50 kq kalium gübrələri verilir.
Fosfor gübrəsinin illik normasının 60-70 %-i əsas şum altına verilir. Səpinlə birgə gübrələmə
apardıqda yuvalardan 4-5 sm aralı, toxumlardan 2-3 sm dərinə vermək məsləhətdir. Birinci
yemləmədə yəni 3-4 yarpaq fazasında 100-150 kq ammonium şorası və 200-250 kq superfosfat
verilir. İkinci yemləmə gövdələmə dövründə aparılır. Bu zaman birinci yemləmədəki gübrələrdən
əlavə 50 kq kalium işlədilir. Gübrələr KOH-28 və KPH-4, 2 markalı kultivatorla verilir.
g
g
t
Q
T
A
M
−
=
100
M - lazım olan gübrənin fiziki çəki ilə miqdarı, (kq/ha)
A - planlaşdırılmış məhsulla aparılan qida maddələrinin miqdarı, (kq/ha)
T - torpaqda olan mənimsənilən NPK-ın miqdarı, (kq/ha)
t
- torpaqda olan NPK-nın mənimsənilmə əmsalı, %-lə
g
– gübrədən NPK-nın mənimsənilmə əmsalı, %-lə
Q
g
– gübrədə olan təsiredici qida maddəsinin miqdarı %-lə.
Mineral gübrələrdən əlavə torpağa peyinin
də verilməsi nəzərdə tutulursa, onda hesablama zamanı aşağıdakı
formuldan istifadə olunur:
g
g
t
Q
Q
M
T
A
D
+
=
)
(
100
0
0
0
M
0
– bir hektar sahəyə veriləcək peyin, t/ha
Q
0
– peyində olan NPK, kq/t
0
– peyində olan NPK-nın istifadə olunma əmsalı, %-lə
Azərbaycanın müxtəlif bölgələrində qarğıdalıdan proqramlaşdırılmış dən məhsulu almaq üçün tələb olunana göbrə
normaları, təsiredici maddə hesabı ilə. (C. Ə. Əliyev və baş. görə)
Dostları ilə paylaş: