Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Bölgələr Planlaşdırılmış



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə150/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   146   147   148   149   150   151   152   153   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bölgələr
Planlaşdırılmış 
məhsul, sen/ha 
Mineral gübrələrin norması, kq/ha 
Peyin, t/ha 
Azot 
Fosfor 
Kalium 
Gəncə 

Qazax 
80 
180 
120 
90 
20 
Mil 

Qarabağ
80 
170 
124 
100 
20 
Şəki 

Zaqatala 
100 
200 
150 
136 
20 
Çiçəkləmə fazasının sonunda kökdən kənar yemləmədə hektara 10 kq azot və 20-25 kq 
fosfor suda həll edilərək süzülür, həcmi 300 litrə çatdırılaraq yerüstü çiləyicilərlə sahəyə çilənir. 


153 
Yemləmə gübrəsinə mikroelementlərin qarışdırılması da müsbət nəticələr verir. Məhsulda proteinin 
miqdarını artırmaq üçün hektara 45 kq hesabı ilə karbamid süpürgələmə və süd yetişkənlik 
fazasında 1 ton suda həll edilərək sahəyə çilənir. Mürəkkəb və kompleks gübrələrdən ammofos, 
nitroammofos, polifosfat, nitrofoska, metafosfat və maye qarışıq gübrələrə yaxşı reaksiya göstərir.
Ümumiyyətlə qarğıdalı üçün gübrə normaları hesablanan zaman gözlənilən məhsulun miqdarı 
nəzərə alınmalıdır. Silos və yaşıl yem məqsədilə becərilən qarğıdalı əkinlərinə azotun kökdənkənar 
yemləmə şəklində verilməsi onun tərkibində xam proteinin miqdarını xeyli artırır və yemlik 
keyfiyyətini yüksəldir. Bəzən üzvi gübrələr olmadıqda mineral gübrələrin normasını 1-2 dəfə 
artırırlar.
Toxumların səpinə hazırlanması. 
Yüksək dən və yaşıl kütlə məhsulu götürmək üçün 
rayonlaşdırılmış hibrid qarğıdalının birinci nəslindən istifadə edilir. Səpin materialı kimi birinci 
sinfə aid olan cücərmə qabiliyyəti 96 %-dən aşağı olmayan toxumlar götürülməlidir. Toxumlar 
zavodlarda qurudularaq nəmliyi 12-13%-ə çatdırılır, kalibrlənir və dərmanlanaraq kağız kisələrə 
qablanır. Toxumu təsərrüfatın özündə hazırlayarkən qıcanın orta hissəsindən götürmək lazımdır. 
Toxumu OCM-3, UOS-1 toxum təmizləyənlərdə kalibrləyirlər. Bu zaman eyni ölçülü toxumlar 
alınır ki, bu da səpinin daha dəqiq aparılmasına və yaxşı çıxışların alınmasına səbəb olur.
Toxumun cücərmə qabiliyyətini artırmaq üçün 12 sm qalınlığında 4-6 gün günəş altında 
qurutmaq faydalıdır. Məhsuldarlığı artırmaq tədbirlərindən biri də doymuş duz məhlulunda ağır 
çəkili toxumların seçilməsidir. Bunun üçün 1 litr suya 1,2 kq ammonium nitrat və ya ammonium 
sulfat töküb qarışdırılır, toxumu məhlula tökərək dibə çökənləri ayırır və yuyub qurudurlar. Göbələk 
xəstəlikləri və zərərvericilərə qarşı səpinqabağı toxumu fenturan, heksatiurum, vitatiurum, raksil və 
s. zəhərlərlə tona 2 kq hesabında dərmanlayırlar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin