156
əsrdən becərilməyə başlanmışdır. Azərbaycan ərazisinə bu bitki İrandan və Orta Asiya
respublikalarından gətirilərək becərilməyə başlanmışdır.
Yayılması və məhsuldarlığı.
Dünya miqyasında çəltiyin əkin sahəsi 153-155 mln. hektara
yaxındır. Dünya üzrə orta məhsuldarlıq hektardan 38,3 sentnerdir. Əkin sahələrinin 90%-i Asiya
xalqları ölkələrinin payına düşür. Bitkinin məhsuldarlığı Asiya ölkələri üzrə 29; Afrika üzrə 17,4;
Avropa ölkələri üzrə 47,6; ABŞ üzrə 55; sentnerə çatır. Ümumiyyətlə dünyanın 60-dan çox ölkəsi
çəltik becərir. Orta Asiya və Zaqafqaziya respublikaları da qədimdən çəltik becərməklə məşğul
olmuşlar. Azərbaycanda bu bitkinin əkin sahəsi 1337 hektar, ümumi məhsul istehsalı 3771 ton və
hektardan orta məhsuldarlıq (2008-ci il) 28,2 sentner olmuşdur. Respublikamız ərazisində əsasən
Ağdaş, Astara, Lənkəran, Masallı, Şəki, Yevlax və Ucar rayonlarında becərilir.
Rusiyanın Krasnodar diyarında və Orta Asiya respublikalarında çəltiyin məhsuldarlığı
müxtəlif dövrlərdə hər hektardan 50-70 sentnerə qədər olmuşdur.
Dostları ilə paylaş: