Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə157/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   153   154   155   156   157   158   159   160   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Çıxışlar
– çəltiyin birinci inkişaf fazasıdır, 1-3 yarpaq əmələ gəlmə dövrünü əhatə edir. Bu 
dövrdə kök sistemi tez inkişaf edir. Cücərtilər tam alındıqda onun ardınca əkinlər herbisidlə işlənilir 
və su təbəqəsi (örtüyü) yaradılır. Suya basdırma dərinliyi 12-15 sm-dir. Cücərti fazasında çəltiyin 
azotla yemləndirilməsi yan zoğların əmələ gəlməsini tənzimləyir.
Kollanma
çəltikdə 2-4 yarpaq əmələ gəlməsi ilə başlayır və 8-9–da formalaşma başa çatır. 
Çəltik məhsulunun formalaşmasına kollanma dövründə üç faktor təsir edir: temperatur, suya 
basdırma dərinliyi və mineral qidalanma rejimi. Çəltik yüksək səviyyədə kollanma qabiliyyətinə 
malikdir. Optimal temperaturda (23-26 
0
C) bu faza əsas gövdədə 3-4 yarpaq əmələ gəldikdən sonra, 
lakin aşağı temperaturda (18-20 
0
C) 5-6 və daha çox yarpaq əmələ gəldikdə başlayır. Bu fazadan 
ötrü minimal temperatur 16-18 
0
C-dir. 
Kollanma prosesinə suya basdırma dərinliyi və suyun şəffaflığı təsir edir. 5 sm-ə qədər su 
təbəqəsində kollanma sürətlə gedir, lakin hədsiz (15-20 sm) çox su qatında yan zoğlarda 
tumurcuqların əsasının qoyulması və boy atma intensivliyi gecikir. Bulanlıqlı suda isə kollanma 
düyünündə (buğumu) işıqlanma azalır və zoğların əmələ gəlmə sürəti aşağı enir. 
Əlverişli şəraitdə yan zoğlar aşağı buğumaralarında əmələ gəlir. Belə zoğlar əmələ gəldikdə 
kök sistemi daha yaxşı inkişaf edir, yarpaqlar çox əmələ gəlir, Buda ki, bitki üzərində süpürgələrin 
bir bərabərdə yetişməsinə gətirib çıxarır. Kollanmanın sonunda böyümə konusu, onda (orada) 
süpürgə və sünbülcüyün rüşeym halında formalaşması başa çatır. Bitki sıxlığı tamamilə 
kollanmanın intensivliyindən və davam etmə müddətindən asılıdır. 1 m
2
-də 500-600 gövdənin 
olması optimal sıxlıq hesab edilir. Kollanma fazasının ortalarında azotla yemləmə yan budaqlarda 
iri süpürgələrin əmələ gəlməsinə səbəb olur.
Kollanma dövründə kombinə edilmiş su rejimi saxlanılır. Lazımi miqdarda zoğların əmələ 
gəlməsinə qədər su təbəqəsi 5 sm-i keçməməlidir. Onların formalaşması başa çatdıqda su 
təbəqəsinin dərinliyi 25-30 sm –ə qədər artırılır.
Boruya çıxma
fazası çəltikdə 8-9 yarpaq əmələ gəldikdə başlayır. Bu zaman küləşin yuxarı 
buğumaraları və süpürgənin rüşeym halı böyüyür. Boruya çıxmanın xarici əlaməti axırıncı yarpağın 
bitkinin küləşinə perpendikulyar olaraq yerləşməsidir. Bu fazada çəltik süpürgələrində dənin əmələ 
gəlməsinə su və temperatur rejimi böyük təsir göstərir. Optimal su təbəqəsi 15 sm-dir. Süpürgənin 
formalaşmasının sonunda küləşin yuxarı hissəsindəki buğumarası hiss olunacaq dərəcədə uzanır.
Çiçəkləmə
süpürgə axırıncı yarpaq bükümündən çıxdıqda başlayır. Çəltikdə süpürgələmə və 
çiçəkləmə fazası üst-üstə düşür. Çəltik öz-özünü tozlayandır, çiçəklər çiçək pulcuqları örtülü olan 
zaman tozlanır. Çəltiyin çiçəkləməsi üçün optimal temperatur 27-28 
0
C, minimal 15-20, maksimal 
isə 50 
0
C-yə yaxındır. Havanın daha əlverişli nisbi rütubəti 70-80%-dir. 40%-dən aşağı rütubətdə 
çəltik çiçəkləmir.
Əsas süpürgənin çiçəkləməsi 5-7 gün davam edir. Süpürgədə boş sünbülcüklərin olmasına 
çiçəkləmə zamanı torpaqda nəmliyin çatışmaması, temperaturun aşağı olması (14-16 
0
C) və azotun 
artıqlığı səbəb olur.
Yetişmə
30-40 gün davam edir. Bu dövrə süd, mum və tam yetişmə fazaları daxildir. 
Tozlanmadan süd yetişkənliyin sonuna qədər 11-12 gün keçir. Mum yetişkənlik dövrü 20 günə 
qədər davam edir, fazanın sonuna yaxın dənin tərkibində nəmlik 35%-ə qədər azalır. Mum 
yetişkənlikdən tam yetişkənliyə qədər 5-7 gün keçir. Mum yetişkənlik fazasının başlanğıcına qədər 
suyun tarladan çıxarılması məhsulun kəskin azalmasına gətirib çıxarır.
Çəltiyin bəzi sortları uzun müddət suya basdırılır, bəziləri dövri suya basdırılma tələb edir, 
bəziləri isə suyun az olmasına dözür. Suyun az olmasına dözən çəltik sortları illik atmosfer 
çöküntüləri 1200-1500 mm olan dəmyə şəraitdə becərilir, lakin onların məhsuldarlığı aşağı olur. 
Uzun müddət suya basdırılma tələb edən sortlar respublikanın şoran torpaqlı bölgələri üçün 
əlverişli sortlar hesab edilir. Çünki həmin torpaqlarda çəltik becərməklə həm şoranlıq yuyulur, həm 
də yüksək məhsul əldə edilir. 
Çəltik qısa gün bitkisidir, 9-12 saat işıqlı gün tələb edir.
Səthində suyu saxlamaq qabiliyyətinə malik olan əksər torpaq tiplərində çəltik becərmək 
mümkündür. Qumlu və daşlı torpaqlar suyu özündə yaxşı saxlaya bilmədiyindən çəltik əkinləri 


159 
üçün istifadə edilmir. Çəltiyin becərilməsi üçün istifadə edilən torpaqlar suyu özündə saxlamaqla 
bərabər humus və qidalı maddələrlə zəngin olmalıdır. 
Çəltik qida maddələrinə çox tələb göstərən bitkidir. Onun məhsuldarlığı torpaqda kifayət 
qədər qidalı maddələrin olmasından çox asılıdır. Sortun xüsusiyyətindən, torpaq-iqlim şəraitindən 
və tətbiq edilən becərilmə texnologiyasından asılı olaraq aldığı qida maddələrinin miqdarı artıb-
azala bilər. Bu bitki vegetasiya müddəti ərzində istifadə etdiyi qida elementlərinin çoxunu (70-80%) 
kollanma-çiçəkləmə fazaları arasında istifadə edir. Sonra qida maddələrinə tələbat azalır. 
Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul verir. Ağır qranulometrik 
tərkibli, su saxlama qabiliyyəti yüksək olan zəif turş mühitli (pH=5,0-6,6) torpaqlarda bitki yaxşı 
inkişaf edir. B. A. Neunılovanın məlumatlarına görə çəltik toxumları oksigen az olan mühitdə 
cücərə bilir. Çıxışdan sonra kökü oksigenlə təmin edən aereanxim hüceyrələrin hesabına inkişaf 
davam edir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin