Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə160/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   156   157   158   159   160   161   162   163   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Gübrələmə. 
Yüksək məhsul əldə etmək üçün torpaqda kifayət qədər qida elementləri 
olmalıdır. Çəltik gübrələrə çox tələbkar bitkidir, onun gübrələnməsi böyük diqqət tələb edir. Belə 
ki, çəltiyin kökü əsasən su ilə təmin edilmiş sahədə inkişaf edir və onun üçün verilən qida 
elementlərinin çox hissəsi suda həll olaraq torpağın alt qatına keçir. Gübrələmə sistemi əsas gübrə, 
səpinqabağı və əlavə yemləmə şəklində aparılır. Çəltikdən yüksək məhsul əldə edilməsində peyinin 
də əhəmiyyəti böyükdür. Odur ki, peyinin fosfor gübrəsi ilə şum altına verilməsi məsləhət görülür. 
Azot gübrəsinin ən əhəmiyyətlisi ammonium sulfatdır. Bu gübrənin tərkibində olan azot torpaq 
tərəfindən udulub saxlanılır, suda çətin həll olduğu üçün tez yuyulub torpağın alt qatına getmir. 
Ammonium nitrat isə suda tez həll olur, yuyulur və əhəmiyyəti azalır. Azotun illik dozasının 50%-
ni səpinlə birgə və ya səpindən bir neçə gün əvvəl, yerdə qalan hissəsini isə cücərmə və kollanma 
fazalarında hissə-hissə vermək lazımdır. Bitkiyə fosfor daha çox inkişafının ilk dövründə kök 
sistemi sürətlə formalaşdığı dövrdə lazımdır. Odur ki, illik dozanın 70-80%-ni peyinlə birlikdə şum 
altına vermək məsləhətdir. Kollanma fazasında əlavə yemləmə gübrəsi verildikdə ləklərə suyun 
verilməsi müvəqqəti olaraq dayandırılmalıdır. Məhsuldarlığa kalium gübrəsi də müsbət təsir 
göstərir.
Çəltiyin məhsuldarlığına yaşıl gübrələr də (siderat) müsbət təsir göstərir. 
Bir ton dən və ona müvafiq miqdarda küləş məhsulu ilə çəltik torpaqdan 24,2 kq azot, 12,4 
kq fosfor və 30 kq kalium elementi aparır. Bitki kollanma fazasında qida maddələrini nisbətən az 
mənimsəyir. Lakin, qida elementlçrinin çatışmamasına dözmür.
Kollanmadan çiçəkləməyə qədər illik azot normasının 70%-ni, fosforun 90%-ni kaliumun isə 
80%-ni mənimsəyir. Çəltik tarlasına şumaltına hektara 30-40 ton yarımçürümüş peyin verilir. Çəltik 
sahələrinə 3-4 ildən bir yaşıl gübrə verilməsi də yaxşı nəticə verir. Gübrə normaları torpaq tipindən 
və planlaşdırılmış məhsuldan asılı olaraq müəyyənləşdirilir. Krasnodar diyarında hektara 60-200 kq 
azot, 60-120 kq fosfor və 45-60 kq kalium verilir. Çəltik sahələrinə ammonium sulfat, superfosfat 
və kalium xlorid verilir. Azot cücərmə və kollanma fazalarında 2 dəfə yemləmə şəklində verilir. 
Səpinlə birlikdə cərgələrə 1 sentner ammonium nitrat və 1 sentner superfosfat verilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin