163
tam əyilmiş olduqda biçinin hündürlüyü 5-8 sm qısaldılır. Biçilmiş çəltik 3-5 gündən sonra nəmlik
15-16%-ə endikdə xüsusi kombaynla döyülür. Çəltik döyülən kimi təmizləmə aqreqatından
keçirilərək qurudulur. Qurudulma təbii şəraitdə açıq meydançalarda yaxud çardaq altında 10-15 sm
qalınlıqda sərilməklə həyata keçirilir. Daha keyfiyyətli çəltik süni qurudulma üsulundan əldə edilir.
Yeni yığılaraq təmizlənmiş (emal edilmiş) çəltik dənləri yüksək kimyəvi aktivliyi ilə fərqlənir. Ona
görə də onu 14,5%-dən yüksək olmayan nəmlikdə saxlamaq mümkündür.
Hissə-hissə yığım səmərəli olmadıqda birbaşa yığım tətbiq edilir. Birbaşa yığım aparmaq
üçün hektara 25-50 kq maqnezium xloratı 150 litr suda həll edərək tarlada çiləmə aparılır
(desikasiya).
Toxumluq sahələrdə toxumun zədələnməməsi üçün deka və barabanlar arası məsafəni 10-12
mm-ə qədər artırıb barabanın dövrlər sayını 500-600 dövr/dəq. qədər azaldıb birbaşa yığım aparılır.
Bu zaman iri dənlər yığılır. Tirələrə sərilən küləş 2-ci dəfə adi rejimdə (1000 dövr/dəq. və birbaşa
baraban arası məsafəni 4-5 mm qoymaqla) döyülməklə xırda dənləri yığılır.
Dostları ilə paylaş: