166
Sorqo kvadrat yuva üsulunda 60 x 60, 70 x 70 və 90 x 90 sm sxemlərində hər yuvaya 4-6
toxum hesabı ilə, nöqtəvi 70 x 35 və 60 x 30 sm, səpilir. Kifayət qədər nəmli və suvarılan
bölgələrdə hektara 60-160 min, nəmlik az düşən yerlərdə 40-50 min bitki sıxlığı olmalıdır. Yaşıl
yem və quru ot üçün sorqonu taxılsəpənlərlə cərgəvi və ya iki cərgəli lent üsulunda (45 x 15)
səpmək yaxşı nəticə verir.
Punktir üsulla cərgəaraları 60-70 sm, bitki araları 15-20 sm (dən üçün)
götürülür, səpin
CTCH-6 markalı maşınla aparılır. Sorqonu səpici-kultivator C3C-2,1M aqreqatı ilə də səpmək olar.
Bu aqreqatla cərgəaraları 70 sm olan səpin aparıldıqda iki kənar saşnik çıxarılır, ortadakı cığıraçan
saxlanır. Bu aqreqat səpini az norma ilə aparır. Ona görə də toxum qum və ya dənəvərləşdirilmiş
superfosfatla qarışdırılaraq səpilir. Punktir əkinlərdə hektara 10-14 kq, kvadrat-yuva üsulunda 6-10
kq, cərgəvi və iki cərgəli lent üsulunda 20-25 kq toxum səpilir. Qranulometrik tərkibi ağır olan
torpaqlarda toxum 3-5 sm, yüngül torpaqlarda isə 6-8 sm dərinliyində basdırılır.
Dostları ilə paylaş: