19
Rhizobium
cinsi
iştirak edir. Hər bir növ bakteriya bir bitki yaxud bitki qrupları üçün uyğunlaşıb.
Məsələn, soyanın fır bakteriyası
Rh.japonicum
yalnız soya bitkisinə yoluxur, fır bakteriyalarının
digər cinsləri soya ilə simbiotik əlaqəyə girmir.
Rh. lupini
yalnız lüpini (acı paxla),
Rh.
phaseoli
yalnız lobyanı,
Rh.
simplex
yalnız xaşanı,
Rh. meliloti
yoncanı və xəşənbülü,
Rh. trifoli
yalnız
üçyarpağı yoluxdurur, lakin
Rh. leguminosarum
isə pırpızlı və səpin gülülü, noxud, yem paxlası,
lərgə və mərciməklə simbiotik əlaqəyə girə bilir. Fır bakteriyaları növünün paxlalı
bitkilərin
müəyyən növünə yaxud növün qruplarına bu uyğunlaşması qabiliyyəti
spesifiklik
adlanır.
Fır bakteriyalarının bir spesifik növünün bütün ştamları bir bərabərdə müvəffəqiyyətlə
bitkinin kökünə daxil ola bilməz. Bəzi ştamlar yüksək konkret spesifik qabiliyyətləri ilə paxlalı
bitkilərin köklərində çoxlu fırlar əmələ gətirirlər, digərləri çətinliklə kökə daxil olurlar və fırları az
əmələ gətirirlər. Bu səbəbdən, fır bakteriyalarının ştamları təkcə spesifik yox,
ancaq
virulent
(yoluxa bilən) də olmalıdır.
Bəzi spesifik virulent ştamlar valideyn-bitki ilə müştərək həyat tərzinə girərək havanın
azotunu intensiv təsbit edirlər, digər ştamlar tərəfindən azotun təsbit olunması daha kiçik həcmdə və
yavaş-yavaş keçir. Azotun simbiotik təsbit olunması intensivliyi ştamın təkan vermək qabiliyyəti
ştamın
aktivliyi
(fəallığı) adlanır.
Rizobiumun (fır bakteriyaları, yaxud yumurcuq bakteriyaları) spesifikliyi, virulentliyi və
fəallığı aktiv simbiozun ən yaxşı şərtidir. Əgər bitki regionda ənənəvi becərilirsə (noxud, gülül, yem
paxlası) yaxud ona təbii fitosenozda (sürünən və çəmən üçyarpağı)
təsadüf edilirsə, əslində bu
bitkiləri yoluxduran fır bakteriyalarının spesifik spontan (yerli, daxili səbəblərdən törəyən) ştamları
torpaqda mövcuddur. Bir qayda olaraq bu halda əlavə yoluxdurulma fırların əmələ gəlməsini
yaxşılaşdırmır və təsbit olunan hava azotunun kəmiyyətini artırmır. Əgər hər hansı rayonda
(bölgədə) bitki (məs; soya) ilk dəfə becərilirsə deməli yoluxdurmanı səpin qabağı
mütləq həyata
keçirmək lazımdır, əks halda kökdə fırlar əmələ gəlmir, bitki hava azotundan istifadə etmir, azot
çatışmamazlığı yaranır və pis keyfiyyətli məhsul formalaşır. Yoluxdurucu qismində üyüdülərək
steril torfla qarışdırılmış rizotorfindən – fır bakteriyası (nitragin) tez-tez istifadə edilir.
Torpağın yüksək turşuluğu bioloji azotun (N
2
) təsbit olunmasının aktivliyini məhdudlaşdıran
əsas amildir. Simbiontların reaksiyanın pH dəyişməsi davamlı
spesifik mənzərənin müəyyən
edilməsidir. Məsələn,
qurdotu
havanın azotunu qənaətbəxş dərəcədə təsbit edir (120 kq/ha) və
kifayət qədər yüksək quru ot yığımını (6,5 ton/ha) hətta pH
duz
4,2 zamanı təmin edir. Çəmən
üçyarpağı bu cür turşuluqda azotu 9 dəfə az təsbit edir, lakin yonca isə hava azotunu mənimsəmir.
Turşuluğun pH-6,5-ə qədər azalması zamanı qurdotunun məhsuldarlığı 1,5 dəfə, çəmən
üçyarpağınınkı 4 dəfə (2,6-dan 10,8 ton/ha qədər), yoncanınkı 6 dəfə, zülal məhsuldarlığı müvafiq
olaraq 1,7; 5,5 və 9 dəfə artır.
Torpağın pH–na tələbatına görə ən çox yayılmış paxlalı bitkilər 6 qrupa bölünür (cədvəl 4).
Daha çox məhsuldarlığı müəyyən etmək üçün bu
təsnifatdan istifadə etməklə, hansı torpaq
turşuluğunda müəyyən bitkilərin maksimal miqdarda havanın azotunu təsbit etmək qabiliyyətinə
malik olduğunu müəyyən etmək olar; turşuluğu məlum olan tarlada hansı
bitkinin səpilməsi
səmərəlidir, hansı bitki azot gübrəsi tətbiq edilmədən daha yüksək məhsul verər.
Cədvəl 4
Dostları ilə paylaş: