Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə170/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   166   167   168   169   170   171   172   173   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.3.7. Darı
Əhəmiyyəti.
Darı
 
yarma istehsalı üçün becərilən əsas bitkidir. Ərzaq kimi dad keyfiyyətinə 
görə birinci yerlərdən birini tutur. Dənin tərkibində 80% nişasta, 12% zülal, 3,5% yağ vardır. 


167 
Orqanizm tərəfindən asan həzm olunur. Darı quşlar, heyvanlar üçün yaxşı yemdir. Dənin tərkibində 
nişastanın çox olması onun pivə və spirt istehsalında istifadə edilməsinə imkan verir. Darı dənindən 
ev quşlarının yemləndirilməsində də istifadə edilir. Küləşi iribuynuzlu mal-qara üçün yaxşı yemdir,
belə ki, darı küləşi yemlik dəyərinə görə çəmən otlarından geri qalmır, hər 100 kq-ı 51 yem 
vahidinə bərabərdir. 
Darı yarması (
pşeno
) yüksək qidalılıq və yaxşı dad keyfiyyətinə görə fərqlənir (Cədvəl 40). 
Respublikamızın torpaq-iqlim şəraiti darının yaz səpini məhsulunu yığdıqdan sonra həmin 
sahəyə təkrarən darı toxumu səpib yaşıl yem kimi istifadə etməyə imkan verir. Deməli, darı eyni 
sahədə iki məhsul vermə qabiliyyətinə malikdir. Əgər payızlıq taxıllar qış dövründə hər hansı bir 
səbəbdən məhv olarsa həmin sahəyə yazda darı səpib istifadə etmək olar. Bununla əlaqədar olaraq 
darı ən yaxşı təkrar və sığorta bitkisi hesab olunur.
Gədvəl 40 
Darının və digər növ yarmaların kimyəvi tərkibinin müqayisəli xarakteristikası və 
onların bişməsi
Yarmalar
Miqdarı, %-lə 
Bişməsi,
dəqiqə 
zülal 
yağ 
nişasta 
şəkər 
sellüloza 
Darı
12 
3,5 
81 
0,15 
1,04 
25 
Düyü

0,5 
88 
0,5 
0,3 
40 
Arpa
9,6 
1,2 
85 
0,5 
1,25 
90 
Qarabaşaq
10 

82 
0,3 

35 
Vələmir
16 

72 
0,25 
2,87 
25 
Qarğıdalı
12,5 
0,6 
86 
0,25 
0,25 
45 
Manna
12,7 
0,0 
84 
0,96 
0,25 
15 
Arpa yarması 
11 
1,5 
82 
0,45 

60 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin