169
4. Yarımkip süpürgəli (ovatum Popov.)
- süpürgəsi qısa yarımdağınıqdır. Aşağı
tərəfdə
aralanan budaqları vardır. Onların yastıqcıqları yuxarıdan və yanlardan basıqdır.
5. Kip süpürgəli
(compactum Korn.)
– süpürgəsi xırda, çıx, batıq olub, yastıqcıqları yoxdur.
Darının yarımnövləri təkcə morfoloji əlamətlərinə görə yox, bioloji xüsusiyyətlərinə görə də
fərqlənirlər. Kip və yarımkip süpürgəli darı quraqlığa davamlı və istilik sevmələri ilə xarakterizə
olunur, lakin dağınıq və asılan (əyilən) süpürgəlilər isə nisbətən sərinlik sevəndirlər.
Sortları.
Respublikamızda darının bir neçə sortları rayonlaşdırılmışdır.
Bunlar
aşağıdakılardır.
1. Şəki - 6.
Azərbaycan Elmi -
Tədqiqat
Əkinçilik
İnstitutunda
Şəki
rayonunun
yerli
sortlarının
populyasiyasından fərdi seçmə yolu ilə
yetişdirilmişdir.
Əyilən
süpürgəli
yarımnövün
Subaurum
növmüxtəlifliyidir.
Süpürgəsi 25-30 sm uzunluğunda, dağınıq və
bir tərəfə əyiləndir. Budaqları zəif uzundur.
Süpürgədə bədrəng bənövşəyilik aydın
seçilir. Dəni qızılı-sarı rəngli, oval-uzunsov,
orta irilikdədir. Dənin mütləq kütləsi 5-7
qram, həcmi 700-800 qram, pərdəliliyi 22-
26%-ə qədərdir.
Yarma çıxımı orta hesabla 70-75%
olub,
yarmasının
keyfiyyəti
yaxşıdır.
Nüvənin pərdədən
təmizlənmə dərəcəsi
ortadır.
Bitkisi 80-110 sm hündürlüyündə,
yaxşı
kollanandır.
Gövdəsinin
buğumaralarının sayı 6-7-yə qədərdir. Yerə
yatmağa qarşı davamlıdır. Azərbaycanın
dağətəyi bölgələrində orta müddətdə yetişir.
Vegetasiya müddəti 80-90 gün davam edir.
Quraqlığa orta dərəcədə davamlı, nəmliyə
həssasdır, sürmə xəstəliklərinə zəif tutulur.
Orta məhsuldarlığı hektardan 13,3 sentner
olmuşdur.
Respublikanın dağlıq bölgəsində 1956
–cə ildən rayonlaşdırılmışdır.
Dostları ilə paylaş: