173
hissə kombaynla yığılır. Hissə-hissə yığım mum-yetişmə fazasında aparılır. Biçilən kütlə tirələrdə
3-4 gün müddətində qurudulur və kombaynla döyülür.
Tapşırıq və yoxlama sualları -14
1. Qırtıckimilər (dişəkimilər) fəsiləsi bitkilərinin morfoloji xüsusiyyətlərini sadalayın.
2. Bu fəsiləyə aid bitkilərin hamaşçiçək tiplərini göstərin.
3. Birinci və ikinci qrup dənli taxıl bitkilərini sadalayın.
4. Hansı bitkilər payızlıq formaya malikdirlər?
5. Payızlıqların qışadavamlılığı və şaxtaya davamlılığı anlayışı nədir?
6. Buğdanın növ tərkibini sadalayın. Hansı növlər daha çox yayılmışdır?
7. Zəif, orta və güclü buğdaların təsnifat (sinif) əlamətlərini göstərin.
8. Payızlıq bitkilərin becərilmə texnologiyasının sxemini təsvir edin.
9. Nəmliklə təmin olunma həddinə görə payızlıq bitkilərin səpin norması necə dəyişir?
10. Payızlıq buğdanın bioloji xüsusiyyətləri barədə danışın.
11. Payızlıq buğdanın daha çox yayılmış sortlarını göstərin.
12. Payızlıq çovdarın bioloji xüsusiyyətləri və aqrotexnikası barədə danışın.
13. Tritikalenin bioloji xüsusiyyətlərini sadalayın.
14. Payızlıq arpanın nə kimi bioloji xüsusiyyətləri və aqrotexnikası vardır?
15. Yazlıq buğdanın əsas becərildiyi rayonları göstərin.
16. Yazlıq arpanın bioloji xüsusiyyətləri barədə danışın.
17. Yazlıq arpanın səpin müddətini göstərin.
18. Mədəni vələmirin növ tərkibini sadalayın. Yulaf mədəni vələmirdən nə ilə fərqlənir?
19. Səpin vələmirinin bioloji xüsusiyyətləri barədə danışın.
20. Növbəli əkində vələmirin yeri necədir?
21. Azərbaycanda qarğıdalının əsas becərilən bölgələrini göstərin.
22. Qarğıdalının morfoloji və bioloji xüsusiyyətləri barədə danışın.
23. Qarğıdalının yarımnövlərinin xarakteristikasını göstərin.
24. Qarğıdalının istiliyə və mineral qida elementlərinə münasibəti necədir?
25. Çəltiyin kök sisteminin xüsusiyyətləri barədə danışın.
26. Çəltiyin hansı suya basdırma rejimlər vardır?
27. Çəltiyin çiçəkləməsi və yetişməsi xüsusiyyətlərini göstərin.
28. Darının əsas növləri və yarımnövlərini sadalayın.
29. Adi darının nə kimi yetişmə xüsusiyyətləri vardır? Yığım zamanı onu necə nəzərə alırlar?
30. Sorqo hansı məqsədlər üçün becərilir?
31. Torpağın becərilməsinə sorqo hansı tələbatı göstərir?
32. Sorqonun aqrotexnikasının xüsusiyyətləri barədə danışın.
Dostları ilə paylaş: