Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Torpaqların turşuluğundan asılı olaraq simbiozun fəallığına görə paxlalı bitkilərin



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə18/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   14   15   16   17   18   19   20   21   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpaqların turşuluğundan asılı olaraq simbiozun fəallığına görə paxlalı bitkilərin 
təsnifatı 
qrup 
B i t k i l ə r
pH
duz 


5,5 

6,5 

7,5 

Çoxillik və Sarı lüpin, seradılla, qurdotu 








Yonca, sürünən üçyarpaq, çöl noxudu, ensizyarpaq lüpin 








Səpin gülülü, yem paxlası, səpin noxudu, çəmən üçyarpaq 








Pırpızlı gülül (qışlıq), soya, ağ lüpin 








Noxud, adi lobya, səpin lərgəsi 








Yonca, xaşa, xəşənbül 









20 
Q e y d. 0 – azot təsbit olunmur yəni simbioz yoxdur; 1 - azotun təsbit olunması çox zəifdir, bəzi bitkilərdə tək-
tək xırda fırlar (yumrular) olur; 2 - azotun təsbit olunması zəifdir, bitkilərin yarıdan çoxunda zəif çəhrayı rəngli xırda 
fırlar olur; 3 – bütün bitkilərdə əsasən xırda, cəhrayı, fırlar var; 4 – fırların yarıdan çoxu iridir, çəhrayıdır; 5 – iri qırmızı 
fırlar çoxdur. 
Simbiotik aparatın aktivliyini və miqdarını təyin edən torpağın nəmliyi amili vacibliyinə görə 
üçüncüdür. Torpağın aşağı nəmliyi zamanı hava azotunun təsbit olunması yumrularda su 
çatışmaması üzündən dayanmır (fırlar özləri suyu udmurlar, onlar suyu köklər vasitəsi ilə alırlar), 
lakin karbohidratlar - enerji materialının çatışmaması üzündən, su axtaran təzə kökcüklərin boy 
atmasına xərclənir. Torpağın nəmliyi aşağı endikcə bu proses güclənir. Baxmayaraq ki, yoluxdurma 
həyata keçirilib, nəmlik çatışmayan rayonlarda əksər hallarda bir çox paxlalı bitkilər fırlar əmələ 
gətirməyərək inkişaf edirlər. 
Paxlalı bitkilərin daha böyük simbiotik aparatı torpaq nəmliyi 100% TRT-dan kaplliyar 
nəmliyin parçalanması (60% TRT-yə yaxın) qədər olduqda formalaşır. Müxtəlif növ bitkilər üçün 
bərabər olmayan böhran nəmlik həddini praktikada nəzərə almaq vacibdir. Məsələn, xaşa nisbətən 
aşağı nəmlik zamanı xeyli yaxşı fırlar əmələ gətirir, lakin yonca nəmlik çatışmazlığına daha çox 
həssasdır. Nəmlik çatışmayan zaman simbiotik aparatın böyüklüyü və fəallığı noxudda, gülüldə, 
çəmən üçyarpağında, sürünən üçyarpaqda kəskin aşağı enir. Fırların əmələ gəlməsi və molekulyar 
azotun fəal təsbit olunması üçün torpağın optimal nəmliyi yazda və yayın birinci yarısında daha 
əhəmiyyətlidir. 
Beləliklə, bitkinin bioloji xüsusiyyətlərini nəzərə alaraq, onların nəmlik çatışmamazlığına 
davamlılığını təyin edən, seçmə yolu ilə daha uyğun gələn bitki yaxud su rejimini tənzimləməklə 
daha yaxşı inkişafı və simbiotik aparatın fəallığını və bitkinin zülal məhsuldarlığının artırılmasını 
təmin etmək olar. 
Bol nəmlik şəraiti, eləcə də onun çatışmaması eyni zamanda simbioz üçün əlverişli deyildir.
Torpaq aerasiyasının aşağı enməsi ucbatından simbiotik aparatın oksigenlə təminatı pisləşir.
Azotun müştərək təsbit olunması prosesində torpaq aerasiyası mühüm rol oynayır. Təsbit 
olunan 1 ml hava azotuna 3 ml oksigen sərf olunur. Fırların daha çox hissəsi torpağın xüsusən 
havalanan qatında (0-10 sm) əmələ gəlir. Fırlara oksigenin daxil olması azalan zaman onlarda hava 
azotunun təsbit olunması və lehemoqlobinin miqdarı aşağı enir. Qırmızı piqment lehemoqlobin 
(strukturu və funksiyasına görə qan hemoqlobinin analoqu) hava oksigenini fırın ətrafdan onun 
energetik mərkəzinə – mitoxondrilərə keçməsini təmin edir, harada ki, hava azotunun 
mənimsənilməsi üçün enerjinin azad olması və sulu karbonların oksidləşməsi gedir. Bu hemaproteid 
azot təsbit edən mərkəzi oksigenin daxil olmasından təcrid edir, çünki, atmosfer azotunun özünün 
bərpa olunması prosesi ciddi olaraq anaerob şəraitdə gedir. 
Fır bakteriyaları ilə paxlalı bitkilər arasında simbiotik əlaqənin münasibətində temperatur 
amili də mühüm rol oynayır. Simbiotik sistemin temperatur gərginliyinə tələbatı simbiontların 
genlərinə bərkinib və növün formalaşdığı regionun ekoloji şəraiti ilə müəyyən edilir.
Qısa gün fotoperiodik növlər üçün azotun maksimal simbiotik təsbit olunmasının optimal 
temperaturu 20-30 
0
C-dir. Lakin hətta qütb ətrafında (dairəsində) Varkuta tundrasında 0 
0
C-dən bir 
qədər yuxarı temperaturda endemik paxlalı bitkilər – Arktika simici, subtropik astraqal, lüpinyarpaq 
astraqal və bir çox başqaları fəal simbiotik aparat formalaşdırır və havanın azotunu gecə-gündüz 
təsbit edir. Digər tərəfdən Orta Asiyanın səhra və yarımsəhralarında havanın 45 
0
C-yə qədər 
temperaturunda suvarma zamanı soya, noxud və lobya (maş) havanın azotunu fəal təsbit edirlər, 
ancaq göy noxudda fırlar əmələ gəlmir. Dəvə tikanı suvarmasız bu şəraitdə, simbiotik azotun fəal 
təsbit olunmasını sübut edən çoxlu miqdarda iri qırmızı fırlara malik olurlar. 
Azotun simbiotik təsbit olunmasının miqdarı sahibkar bitkinin qidalanma şəraitini müəyyən 
edir. Hava azotunun təsbit olunması adenozinüçfosfat (ATF) turşusunun iştirakı ilə həyata keçir. 
Adenozinüçfosfatın əsas tərkib hissəsi fosfordur, ona görə də bitkinin azotla simbiotrof
qidalanması zamanı paxlalılar mineral qidalanma tipinə nisbətən fosforla təmin olunmağa daha 
yüksək tələbat göstərirlər. Fosforla kifayət qədər təmin olunma fəal simbiozun mütləq şərtidir. 
Torpaqda fosforun miqdarı aşağı olan zaman fır bakteriyaları (
rhizobium
) kökə daxil olurlar, lakin 
yumurcuqları əmələ gəlmir. Müxtəlif paxlalı bitkilər torpağın bu elementlə təmin olunmasına eyni 
tələbat göstərmirlər. Məsələn, çoxillik və sarı lüpin torpağın çətin mənimsənilən birləşməsindən 


21 
fosforu hasil etmək qabiliyyətinə malikdirlər. Yem paxlası, lobya və soya belə bir qabiliyyətə malik 
deyillər. Beləliklə, maksimal simbiotik fəallığı realizə etmək üçün fosfor gübrəsinin minimal 
xərcləri zamanı konkret bitkinin fosforla təmin edilməsinin fərdi tələbatını və onun torpaqdakı 
miqdarını nəzərə almaq zəruridir.
Kalium plastik maddənin bitkidə hərəkət etməsinə köməklik göstərir (səbəb olur), simbiotik 
sistemi fotoassimlyatla daha yaxşı təmin edir. Kalium çatışmayan zaman azotun simbiotik yolla 
təsbit olunmasının fəallığı (aktivliyi) məhdudlaşır.
Hava azotunun paxlalı bitkilər tərəfindən fəal mənimsənilməsi üçün mikroelementlərlə, ilk 
növbədə bor və molibdenlə kifayət qədər təmin olunması zəruridir. Bor damarlı-şəbəkəli sistemin 
daha yaxşı inkişafına, yumurcuqların energetik materialla təmin edilməsinə səbəb olur. Turş və zəif 
turş torpaqlarda bor mütəhərrik formada, bitkilərin mənimsəyə biləcəyi vəziyyətdə olur və bor 
gübrəsi tətbiq edilmir. Turş torpaqları əhəngləyən zaman və neytral və qələvi reaksiyalı torpaqlarda 
bor bitki üçün əl çatmaz vəziyyətə keçir və paxlalı bitki altına bor gübrəsi – borlaşdırılmış 
superfosfat yaxud hektara 1 kq bor turşusu vermək lazımdır. 
Molibden azotu təsbit edən ferment kompleksi 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin