Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə180/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   176   177   178   179   180   181   182   183   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi. 
Qarabaşaq Asiya qitəsinin (Hindistan, Himalay) Şərq hissəsində nəmli 
yüksək dağ rayonlarında 2,5 min il əvvəl mədəni bitki kimi formalaşmışdır. Mədəni qarabaşağın 
mənşəyi barədə dəqiq məlumat yoxdur. Hesab edirlər ki, qarabaşaq (yabanı tatar qarabaşağı) 
Fagopyrum tataricum 
XIII-ci əsrdə Rusiyanın cənubunda geniş becərilməyə başlanılmış və XV 
əsrdən bütün Avropaya yayılmışdır. 
Yayılması və məhsuldarlığı. 
Yer kürəsində Qarabaşağın əkin sahəsi 2-3 mln., hektardır. Ən 
çox əkin sahəsi Kanada, Yaponiya, Hindistanda, Çin, ABŞ və Rusiyada mövcuddur. Himalay 
dağlarında, dəniz səviyyəsindən 4,5 min metr yüksəklikdə də becərilir.
Eyni zamanda Belarus, Ukrayna, Qazaxıstan, Rusiyada (Tatarıstan, Başqırdıstan, Uralda və 
Sibirdə) becərilir. Məhsuldarlığı hektardan 5-10 sentnerdən 25-30 sentnerə qədər olur. 
Qarabaşaqdan yüksək məhsul götürülərsə o, ən gəlirli və rentabelli bitki hesab olunur. Qarabaşaq 
məhsulunun aşağı olmasının iki səbəbi (1-aqrotexniki, 2-bioloji) var. 
1. Aqrotexniki səbəb: qarabaşağın pis və zibillənmiş sələflərdən sonra əkilməsi, çox vaxt yaz 
şumunun aparılması, səpinə qədər alaqlara qarşı kifayət qədər mübarizə aparılmaması, mineral 
qidalanmanın çatışmaması, səpinin vaxtında aparılmaması, bitkiyə düzgün qulluq edilməməsi
tozlayıcıların çatışmaması, yığım zamanı çoxlu miqdarda dənin itirilməsi. 
2. Bioloji səbəbə çiçəklərin dimorfizmi aiddir: bir bitkidə çiçəklərin erkəkciklərinin saplağı 
qısa, dişiciyin sütuncuğu uzun, lakin digərində isə əksinə dişiciyin sütuncuğu qısa, erkəkciklərin 
saplağı uzundur. Qarabaşaq əkinlərində uzun və qısa erkəkcik saplaqlı bitkilərin miqdarı təxminən 
eynidir. Əgər uzun saplaqlı erkəkciklərin tozcuğu uzun sütuncuqluq dişiciyə, və əksinə, qısa 
saplaqlı erkəkciklərin tozcuğu qısa sütuncuqlu dişiciyə düşürsə mayalanma və meyvə əmələ 
gəlməsi normal gedir. Əks halda meyvələr az əmələ gəlir, yaxud heç əmələ gəlmir. Hər bir 
qarabaşaq bitkisində 400-500 ədəd və daha çox çiçək olur, plastik maddələrlə təmin 
olunmadıqlarına görə bütün çiçəklərdə mayalanma (yumurtalıq) əmələ gəlmir, yaxud da 
formalaşmış yumurtalıqlar yetişməmiş tökülürlər. Bu bir çiçəyə düşən yarpaq səthinin kifayət qədər 
olmaması (yazlıq buğdada qarabaşağa nisbətən 1,5-3,0 dəfə yüksəkdir) ilə əlaqədardır, lakin, eləcə 
də qarabaşağın vegetativ orqanlarının böyüməsi reproduktiv orqanların inkişafı ilə eyni zamanda 
davam edir və hətta məhsul yığımı dövründə belə başa çatmır. Nəhayət, qarabaşaqda yerüstü kütlə 


175 
ilə müqayisədə kök sistemi zəif inkişaf edir. Artıq cücərtilər alınandan 18 gün sonra qarabaşağın 
kökü qonurlaşmağa başlayır, bu onların tez qocalması ilə əlaqədardır və məhv olurlar. 
Çiçəkləmənin başlanğıcında köklərin 50%-i, tam çiçəkləmədə 75, lakin yetişmənin başlanğıcında 
isə 100%-i qonur rəng alır, nəticədə qida maddələrinin çatışmaması böyük miqdarda çiçəklərin və 
meyvələrin inkişafdan qalmasına və məhv olmasına səbəb olur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin