Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə186/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   182   183   184   185   186   187   188   189   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Əkinlərə qulluq. 
Tez və bir bərabərdə çıxışlar almaq üçün quraqlıq şəraitdə səpinlə birlikdə 
yaxud onun arxasınca dişli-halqalı və ya dişli-mahmızlı alətlərlə torpaq tapanlanır. Qaysaq əmələ 
gəldikdə və alaq otları cücərdikdə yüngül malalarla yumşaldılma aparılır. Bu əməliyyat birinci 
həqiqi yarpaqlar əmələ gəldikdə günün ikinci yarısında əkinin eninə yaxud çəpinə aparılır, belə 
halda bitkidə turqor və onların zədələnmə ehtimalı azalır.
Çıxışlardan sonra malalama zamanı alaqların cücərtiləri və qarabaşağın bir hissəsi zədələnir. 
Çıxışlara qədər malalamanın aparılması 9%, lakin çıxışlardan sonra 13-19% qarabaşaq əkinlərini 
seyrəldir. Ona görə də seyrək əkinlərdə malalama aparılmır.
Torpağı yumşaq vəziyyətdə saxlamaq, nəmlik itkisini qorumaq və alaqlarla mübarizə üçün 
gencərgəli əkinlərdə cərgəarası becərmələr aparılır. Birinci becərmə birinci-ikinci həqiqi yarpaq 
fazasında 5-6 sm; bitkiyə yemləmə gübrəsinin verilməsi nəzərə alınmaqla ikinci qönçələmə 
fazasında 8-10 sm; üçüncü cərgəarası becərmə zəruri hallarda cərgələr qovuşana qədər 6-7 sm 
dərinlikdə həyata keçirilir. Becərmələrin sayı və onların dərinliyi tarlanın alaqlarla 
zibillənməsindən, yağıntıların düşməsi və torpağın kipləşməsindən asılıdır. Nəmişlik az düşdükdə 
və alaqlarla zibillənmə o qədər də çox olmadıqda cərgə aralarının becərilməsinin iki dəfə aparılması 
kifayətdir. İkinci yaxud üçüncü becərmədə qarabaşaq bitkisinin dibinin yüngülvarı doldurulması 
yaxşı səmərə verərək əlavə köklərin əmələ gəlməsinə şərait yaradır və məhsul artımına müsbət təsir 
göstərir. Güclü alaqlanmış tarlalarda aqrotexniki tədbirlərə əlavə olaraq kimyəvi vasitələrdən 
istifadə edilir. Səpindən sonra cücərtilər əmələ gəlməmişdən 2-3 gün əvvəl herbisid verilir. Quraqlıq 
illərdə herbisidin ştanqlı çiləyicilərin köməyi ilə səpinqabağı kultivasiya altına verilməsi daha 
səmərəlidir. Birələrin, çəmən kəpənəyinin, sovkaların kütləvi çoxaldığı illərdə əkinlər çiçəkləməyə 
qədər insektisidlərlə işlənilir. 
Qarabaşaqdan yüksək məhsul almaq üçün arıların köməyi ilə tozlanmanın aparılmasının 
böyük əhəmiyyəti vardır. Hər hektar əkin sahəsinə çiçəkləmənin başlanğıcına qədər 2-3 arı ailəsinin 
gətirilməsi zəruridir. Tozlanmanın yaxşı getməsi və qarşılıqlı tozlanmanı təmin etmək üçün arı 
ailələri biri-birindən 300-500 metr məsafədə yerləşdirilir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin