Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə187/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   183   184   185   186   187   188   189   190   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması. 
Qarabaşağın meyvəsi 25-35 günə əmələ gələrək yetişir və tez də 
töküləndir. Yetişmə dövründə bir bitkidə yetişmiş və yaşıl meyvələr, qönçələr və çiçəklər olur. 
Nəmişli havada yetişmə müddəti uzanır, quraqlıqda isə meyvələrin əmələ gəlməsi dayanır. Əgər 
quraqlıq nəmişli hava şəraiti ilə əvəz edilirsə, meyvə əmələ gəlmə prosesinin yenidən başlanması 
mümkündür. Dənin kütlə artımı onun nəmliyi 36-40%-ə çatdıqda dayanır, budaqlar ıə yarpaqların 
nəmliyi bu zaman yüksək olaraq qalır və 50-65% təşkil edir. Birinci olaraq bitkinin aşağı 
yaruslarındakı meyvələri yetişir. Yetişmiş meyvələr asanlıqla tökülür.


180 
Qarabaşaq bitkidə meyvələrin 67-75%-i qonurlaşdıqda hissə-hissə üsulla yığılır. Bütün 
meyvələrin hamısının qonurlaşmasına qədər hektardan 4 sentner məhsul itirilir. Qarabaşağın 
biçilməsi axşam və səhər saatlarında nisbi rütubət 55%-dən az olmadıqda həyata keçirilir. Bitki
JVN-6 aqreqatı ilə biçilir. Dənin nəmliyi aşağı düşdükdə (2-4 gündən sonra), yəni 14-16%-ə 
çatdıqda dənin döyülməsinə başlanılır. Uzun müddət qurudulma yolverilməzdir, belə ki, artıq 
qurudulmuş meyvələr asan tökülür, beləliklə böyük məhsul itkisi yaranmış olur. Əgər bərabər və 
qısaboylu tezyetişən sortlar əkilibsə onda qarabaşağı birbaşa yığmaq mümkündür. 
Tapşırıq və yoxlama sualları -15
1.
Qarabaşaq bitkisinin bioloji xüsusiyyətlərini göstərin. 
2.
Qarabaşağın inkişaf fazalarını sadalayın. 
3.
Qarabaşaq çiçəklərinin quruluş xüsusiyyətləri necədir? 
4.
Qarabaşağın daha çox yayılmış sortlarını göstərin. 
5.
Qarabaşaq əkinlərinin səpin müddəti, üsulu və norması necədir? 
6.
Qarabaşağın yığım müddətləri və üsullarından danışın. 
 
 
 
FƏSİL. 16. DƏNLİ – PAXLALI BİTKİLƏR 
 
Dənli-paxlalı bitkilər qrupuna nохud, nut, lobya, mərcmək, yem paxlası, lərgə, soya, viqna 
(inəknoxudu), lüpin (acıpaxla), araxis, dolixos, gülül, göyərçin noxudu, kanavaliya və s.daxildir. 
Əvvəlki ədəbiyyatlarda (Н. А. Минкевич, 1968) Göyərçin noxudu (

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin