183
gübrəsinin verilməsi fır bakteriyalarının fəaliyyətini zəiflədir. İnkişaflarının əvvəlində bitkilərə
kiçik normada verilməsi yaxşı nəticə verir.
Fosfor, kalium gübrələrinə tələbat planlaşdırılmış məhsulun miqdarına və torpaqda onların
mənimsənilən miqdarına görə müəyyən edilir.
Respublikamızın Kür–Araz ovalığının torpaqlarının əksəriyyəti fosforla zəif, mübadilə olunan
kaliumla orta dərəcədə təmin olunduqlarından, həmin zonada paxlalıların hər hektarına 60-90 kq
P
2
O
5
və 40-50 kq K
2
O gübrələrinin verilməsi məqsədə uyğun sayılır.
Şum altına 5-10 ton peyinlə bərabər 2-3 sentner superfosfat verilir. İllik fosfor normasının 10-
15 %-i səpinlə birgə cərgələrin yanına, toxumlardan 3-4 sm aralı verilir. Birinci yemləmə cücərtilər
alındıqdan 5-7 gün sonra, ikinci yemləmə isə qönçələmə və ya çiçəkləmə fazasının başlanğıcında
verilir. Dənli-paxlalı bitkilərin məhsuldarlığının yüksəldilməsində molibden, bor, manqan və s.
mikrogübrələrin rolu böyükdür. Bunlar çatışmadıqda simbioz yaxşı getmir. Dənli-paxlalı bitkilər
bakterial gübrələrə də tələbkardırlar. Toxumlar rizotorfinlə (nitragin) mütləq işlənilməlidir. Turş
mühitdə becərilən paxlalı bitkilərin toxumlarının hamısı bakterial gübrə ilə mütləq işlənilməlidir.
Çünki, turş mühit bakteriyaların fəaliyyətini xeyli zəiflədir. Toxumlar rizotorfinlə işlənərək kölgədə
2-3 saat qaldıqdan sonra dərhal səpilməlidir. Çünki, 5-6 saata bakteriyaların 50%-i məhv olur.
Günəş şüası da bakteriyaları məhv edir. Bakterial gübrə ilə toxum işlənərkən 100-200 kq toxum
brezent üzərində preparatla işlənir, bakteriya kütləsinin toxuma yapışması üçün toxum kütləsinin
1%-i qədər su çiləmək lazımdır. Toxumları bakterial gübrələrlə işlədikdə paralel olaraq fundazolla
da dərmanlamaq mümkündür. Toxumlar bakterial gübrələrlə işlənməmişdən bir ay əvvəl
fentatiuramla dərmanlana bilər.
Dostları ilə paylaş: