185
sentnerə qədər yaşıl kütlə məhsulu götürmək mümkündür. Bu hesabla kartofun məhsulu 2-3 dəfə,
taxıl bitkilərininki isə 3,5-3,7 dəfə artır.
Dənli - paxlalı bitkilərin yaşıl kütləsi paxla bağlama fazasının başlanğıcında yerə yatızdırılıb
şumlanır. Yaşıl gübrə məqsədilə səpini yazda, yayda yaxud payızda aparmaq olar.
16.1. Noxud
Əhəmiyyəti.
Göy noxud həm ərzaq, həm də heyvandarlıqda yem kimi istifadə olunan bitkidir.
Onun toxumu yaxşı bişir və yüksək keyfiyyətli dada malikdir. Konserv sənayesində ondan geniş
istifadə olunur. Yaşıl dənlərinin tərkibində 25-30% şəkər və çoxlu vitaminlər (A, B
1
, B
2
, və s.)
vardır.
Paxlalıların dənli taxıl bitkiləri ilə qarışıq əkinləri yaşıl kütlə, silos və saman üçün becərilir.
Noxudun unundan iri buynuzlu mal-qaranın yemləndirilməsi üçün konsentratlı yem hazırlanır.
Yetişmiş dəndə 28% zülal, samanda 5-8%,
yaşıl kütləsində isə 12-13% olur. 20 sentner dən
məhsulu verdikdə havadan 105 kq azot toplaya bilir
ki, onun da ən azı 40 kq-ı torpaqda qalır. Noxudun 1
kq dənində 195 qram həzm olunan zülal, 1,17 yem
vahidi vardır. Yaşıl kütləsinin 1 sentnerində 13 yem
vahidi, 2500 qram həzm olunan zülal, 1 sentner
samanında 23 yem vahidi 3100 qram həzm olunan
zülal vardır.
Dostları ilə paylaş: