Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə195/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   191   192   193   194   195   196   197   198   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi. 
Noxud qədim tarixə malik 
olan bitkidir. Son arxeoloji qazıntılar göstərmişdir 
ki, bizim eradan 2-3 min il əvvəl noxud Ön 
Asiyada, Zaqafqaziyada, İranda, Türkmənistanın 
dağlıq hissəsində və Kiçik Asiyada becərilib. İri 
toxumlularının 
Aralıq 
dənizi 
ölkələrində 
yayılmasını N. İ. Vavilov göstərmişdir.
Hal-hazırda dünya əkinçilik sistemində 25 
mln. hektara yaxın əkin sahəsi mövcuddur. Çində, 
ABŞ-da, Kanadada, Qərbi Avropa və Avstraliyada 
böyük sahələrdə becərilir. Quraqlığa və yüksək 
temperatura 
az 
davamlı 
olduğuna 
görə 
Azərbaycanda az becərilir. Rayonlaşdırılmış sortlar 
əkib yüksək aqrotexnika tətbiq etdikdə sabit və 
yüksək məhsul verir. Dünya əkinçilik sistemində 
hektardan orta məhsuldarlıq 13,5 sentnerə çatır. ABŞ-da 18 sentnerə , Kanadada 13,3, Belçika və 
Niderlandda 32 sentnerə çatır. Rusiyanın Volqoqrad vilayətində hektardan 64 sentner dən məhsulu 
əldə edilmişdir.
Botaniki təsviri. Pisum
cinsinin iki növü 
pisum sativum 
- səpin noxudu, 
pisum arvense - 
çöl 
noxudu məlumdur (6 növü var). Səpin noxudu bir çox nişanələrinə görə çöl noxudundan fərqlənir. 
Səpin noxudunun toxumları şar formalı, səthi əsasən hamar, rəngi ağ, sarı, çəhrayı, yaşıl olmaqla 
birrəngli olur. Cücərtisi və yarpağı yaşıl, çiçəyi ağdır. Çöl noxudunun toxumu yuvarlaq, bucaqlı, 
səthi hamar çox hallarda azacıq basıq, rəngi boz, qara, darçını, birrəngli, yaxud alabəzək, cücərtisi 
yaşıl, yarpaq altlığının gövdəyə birləşən hissəsi antosian rəngdədir. 
Çiçək qrupu salxımdır. Çiçəkləri ağ, qırmızı, bənövşəyi və ya çəhrayı rəngdə olub 5 ləçəkli, 
10 erkəkcik və 1 dişicikdən ibarətdir. Meyvəsi 9-10 toxumlu paxladır. Paxlaları qruluşuna görə 
çatlayan (soyulan) və şəkərli formalara bölünür. Şəkərlilərdə paxlanın daxili tərəfindən perqament 
təbəqəsi olmur, buna görə də yaşıl halda yeyilir.
Şəkil 16. Noxud :
1 –bitki inkişaf etmiş cücərti 
fazasında; 2 – səpin noxudu çiçəkləmə və 
meyvəəmələgəlmə fazasında; 3 – səpin 
noxudunun yarpaqla birlikdə fertil buğumu; 4 – 
çöl noxudu çiçəkləmə və meyvəbağlama 
fazasında; 5 – çöl noxudunun fertil buğumu. 


186 
Ləpələri torpaq səthinə çıxmır, mil kökü vardır.
Gövdəsi bucaqlı, dördüzlü, içərisi boş və asanlıqla yerə yatandır. Gövdəsinin hündürlüyü 0,3-
2,5 m-ə çatır. Bitkidə 11-30-a qədər buğum olur.
Yarpaqları cütlələkşəkillidir. Dənin mütləq kütləsi 250-500 qr, 150-200 qr, 150 qr-dan az 
olur. Natura kütləsi 700-870 q/litr həddində dəyişir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin