187
Qönçələmə fazasında yarpaqyeyən və noxud mənənəsinə qarşı mübarizə üçün 40%-li
fosfamidin emulsiyasından hektara 1 litr işlədilir. Əgər 10-15 mənənə sahənin kənarında görünübsə,
dərman sahənin kənarına, yaxud əks halda bütün sahə başdan-başa dərmanlanmalıdır.
Məhsulun yığılması.
Məhsul yığımı ən mürəkkəb texnoloji prosesdir. Əsas yığım
üsulu
hissə-hissə yığımdır. Paxlaların 60-70%-i qonur rəng aldıqda JRB-4,2 biçim maşını ilə və ya PV-
2,1 və PVA-4 qurğusu ilə təchiz edilmiş KC-2,1 markalı ot biçənlə biçilib laylarla səpilməlidir.
Dəndə 16-19% nəmlik olduqda kütlə PQT-3, PPT-3A layqaldırıcı ilə təchiz edilmiş SKD-5,
SK-5 və ya SK-5A markalı kombaynlarla döyülməlidir.
Noxud taxıl bitkiləri üçün yaxşı sələf olduğundan yığımdan
dərhal sonra saman sahədən
çıxarılmalı torpaq becərilməlidir.
Respublikamızın suvarılan bölgələrində bu bitkini təmiz səpdikdə uzun nazik gövdələr əmələ
gətirir. Əksər hallarda yerə yatırlar zoğlar çürüyür, paxla yaxşı dən bağlamır. Yatmanın qarşısını
almaq üçün arpa bitkisi ilə qarışıq əkmək lazımdır.
Təmiz səpində hektara 200 kq arpa planlaşdırılıbsa qarışıq əkin üçün onun 75%-i, yəni 150
kq; noxudun təmiz səpinində hektara 300 kq toxum səpmək planlaşdırılıbsa qarışıq əkini üçün 30%-
i miqdarında yəni 90 kq noxud toxumu götürülməlidir.
Dostları ilə paylaş: