22
vegetativ kütlənin toplanması artır, hərçənd o riyazi yolla sübut olunmamışdır. Yoncada quru ot
məhsulu
bir qədər yüksəlir, lakin bu gübrəyə çəkilən xərci ödəmir. Bundan əlavə çoxillik paxlalı
otlar altına azot gübrələrinin verilməsi zamanı ayrı-ayrı bitkilər bir bərabərdə inkişaf etmirlər,
əkinlərin
seyrəlməsi güclənir, tarlada uzun ömürlülük azalır.
Əfsuslar olsun ki, kənd təsərrüfatı praktikasında hər hansı mühit amilləri simbiotik əlaqə üçün
əlverişli ola bilmir, hava azotu az mənimsənilir
yaxud o tamamilə mənimsənilmir, bitki aşağı
məhsul verir. Bu halda azot gübrəsi vermək lazımdırmı? Bu suala birmənalı cavab vermək olmaz.
Onu dənli-paxlalı bitkilər qrupu misalında müzakirə edək.
Hava azotunun müştərək təsbit olunmasının başlanğıcına kimi dənli-paxlalı bitkilər altına
hektara 20-30 kq azot gübrəsinin start normasının tətbiqinin tövsiyə olunmasına elmi ədəbiyyatlarda
tez-tez rast gəlmək mümkündür. Start azot nəzəriyyəsi vegetasiya təcrübələrinin qum kulturasında
qoyulduğu dövrdən yaranıb, burada bitki üçün yeganə azot mənbəyi toxumdur. Təmiz qumda bu
normalar həqiqətən bitkilər üçün yardım etmək rolunu oynayır. Tarla
şəraitində azotun təsbit
olunmasının başlanğıcına qədər dənli-paxlalı bitkilər bir hektara 6-7 kq, lakin çoxillik paxlalı otlar
isə 1,5-2,0 kq azot sərf edir. Bu elementin belə miqdarı hər hansı torpaqlarda daima var və bitki heç
vaxt inkişaf fazasının əvvəlində azot aclığından məhv olmur.
Cədvəl 5
Dostları ilə paylaş: