Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə206/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   202   203   204   205   206   207   208   209   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Hindistan yarımnövü 
– kolu 200 sm hündürlüyündə, gövdəsi budaqlanandır. Çiçəkləri xırda, 
paxlaları orta irilikdə, toxumları xırdadır. Sortları nisbətən gecyetişəndir. 
Çin yarımnövü
- kolu 100 - 150 sm hündürlüyündə, gövdəsi nazik, yaxşı budaqlanan və zəif 
sarmaşandır. Lakin yerə yatmağa da meyllidir. Yarpaqları nazik və zərifdir. Çiçəkləri orta irilikdə, 
mavi rəngli, paxlaları orta irilikdə və xırdadır. Toxumları xırda, yastıdır. 
Şəkil 20. Soya: 
üzərində meyvələri 
olan budağı və toxumları. 


193 
Mancuriya yarımnövü
- kolu 60 - 90 sm hündürlüyündə, gövdəsi orta dərəcədə 
budaqlanandır, nisbətən yoğundur, sarmaşan deyildir, ancaq yerə də yatmır. Çiçək salxımı qısa, az 
çiçəklidir. Paxlaları orta uzunluqda 4,0 – 4,8 sm, toxumları orta irilikdə şişkindir. 
Yaponiya yarımnövü
- kolu 60 - 100 sm hündürlüyündə, gövdəsi orta dərəcədə budaqlanan, 
yoğun qabadır. Yarpaqları və çiçəkləri iridir. Çiçək salxımı uzun, çoxçiçəkli, paxlaları iri və orta 
irilikdədir. Toxumları iri, kürəşəkilli, azacıq yastıdır. 
Bioloji xüsusiyyətləri. 
Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə 
daha yüksək yəni 18-25 
0
C temperatur tələb edir. Toxumlar 6-8 
0
C temperaturda cücərir. Soyanın 
cücərtisi –2-5 
0
C ətrafında olan yaz şaxtalarını yaxşı keçirir. Bu bitki çiçəkləmə və dəndolma 
fazasında ən çox su tələb edir. Transpirasiya əmsalı 600-ə yaxındır. Çiçəkləmə fazası 15-40 gün, 
gecyetişən sortlarda isə 80 günə qədər davam edə bilir. Soya qısa gün bitkisidir. Şoran və şorakət 
torpaqlardan başqa digər torpaqlar soya üçün əlverişlidir. Soya pH=6,5-7,0 olan neytral reaksiyalı 
torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda rayonlaşdırılmış sortları:
Plamya, Majesta, Umanskaya – 1 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin