Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə208/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   204   205   206   207   208   209   210   211   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Məhsulun yığılması
. Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən 
məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və 
paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P, 
SKD-5M, "Sibiryak" kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək 
üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə 
CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın 
dövrü dəqiqədə 400-500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar 
əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40-45% olduqda maqnezium – xlorat 
preporatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə 
desikasiya aparılmır.
Yığılmış toxumda nəmlik 14% - dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı 
və digər qatışıqlardan təmizlənməlidir.
 
16.6. Lobya
 
Əhəmiyyəti. 
Lobya qiymətli ərzaq bitkisidir. Ərzaq kimi onun həm dənindən, həm də yaşıl 
paxlasından təzə və konservləşdirilmiş halda istifadə 
edilir. Yaxşı bişən və həzmə gedən dənin tərkibində əla 
dad keyfiyyətinə malik olan 28-30 % zülal var. Quru 
kütləyə görə lobyanın yaşıl paxlasının tərkibində 15,7 %-
ə qədər zülal, çoxlu şəkər və hər 100 qramda 22 mq C 
vitamini vardır. Lobyanın bəzi növlərini bəzək bitkisi 
kimi də istifadə etmək olar. 
Bitkinin tarixi və yayılması. 
Lobya bitkisi 
Amerika mənşəlidir. Qədim zamanlardan Mərkəzi və 
Cənubi Amerika ölkələrində becərilmişdir. XVI əsrin 
sonunda lobya Avropaya gətirilib və XVII – XVIII 
əsrlərdə Avropadan Rusiya ərazisinə yayılmışdır. Xırda 
toxumlu lobyalar (maş)
 
5-6 min il əvvəl Cənubi Asiya 
ölkələrinin (Çin, Hindistan, Yaponiya və s.) əkinçiliyində 
istifadə olunub. 
Dünya əkinçiliyində əkin sahəsinə görə lobya 
soyadan sonra dənli-paxlalı bitkilər içərisində ikinci yeri 
tutur. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin