Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə209/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   205   206   207   208   209   210   211   212   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Botaniki təsviri. 
Lobya (
Phaseolus
) cinsi 200-dən 
çox botaniki növü əhatə edir. Onlardan 12 ərzaq, 8-i isə 
yem, yaşıl gübrə və bəzək bitkisi kimi becərilir. 
Çıxış mənbəyinə görə lobyanın bütün növləri iki 
qrupa bölünür. 1-ci Amerika lobyası, 2-ci Asiya lobyası. 
Şəkil 21. Lobya
: 1,2 – ikinci üçlü 
yarpaq, çiçəkləmə və meyvəbağlama 
fazası; 3 – üçlü yarpaq və çiçək; 4 – 
paxlalar; 5 - toxumlar. 


195 
Amerika lobyası paxlalarının iri, yastı, az toxumlu, əyri nəhayətli, toxumlarının iri, 
yarpaqaltlıqlarının pazşəkilli və xırda, Asiya mənşəli növlər isə paxlalarının nisbətən xırda, silindir 
formalı, çox toxumlu, toxumlarının xırda, yarpaqaltlıqlarının enli olması ilə xarakterizə olunur. 
Amerika qrupundan əsas əhəmiyətə malik olan növlər: 
1.
Adi lobya – 
Phaseolus vulgaris 
2.
Lim lobyası –
Phaseolus lunatus 
3.
Sivriyarpaq lobya – 
Phaseolus acutifolus 
4.
Çoxçiçəkli lobya - 
 Phaseolus multiflorus 
Asiya qrupundan isə qızılı lobya (maş) - 
Phaseolus aureus 
növüdür. El arasında piyada lobya da 
deyilir. Bunlardan əsasən yeyintidə istifadə ediləni və dən məhsulu üçün becəriləni adi lobyadır. 
Bioloji xüsusiyyətləri. 
Adi lobya istilik sevən bitkidir. Onun toxumları 10 
0
C temperaturda 
cücərməyə başlayır, çıxışlar isə 12-13 
0
C-də formalaşır. Çıxışlar - 0,5-1 
0
C temperaturda məhv 
olur. Eyni zamanda -2 
0
C şaxtada cücərti verən sortlar da var. 
Lobya əsasən toxumun cücərməsi, çiçəkləmə fazasında və paxla bağlama dövründə nəmliyə 
xüsusi tələbat göstərir. Bu dövrlərdə tarla rütubət tutumunun normada olması olduqca vacibdir. 
Lobya qısa gün bitkilərinə aiddir. Eyni zamanda günün uzunluğuna müsbət və neytral reaksiya 
göstərən sortları da vardır. Nisbətən strukturlu, orta nəmlikli, torpaqlar (pH= 6,5-7,5) onlar üçün 
yararlıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin