Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə213/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   209   210   211   212   213   214   215   216   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
 
16.8. Viqna (İnəknoxudu)
 
Əhəmiyyəti.
Viqna, yəni inəknoxudu ərzaq və yem istiqamətində becərilən bitkidir. Ərzaq 
məqsədi üçün toxumundan, yarpağından və paxlasından istifadə olunur. Xırdalanmış və buğa (par)
verilmiş dəni cavan heyvanların, xüsusilə də donuzların kökəldilməsində qiymətli zülallı 
konsentratdır. Bir neçə ölkələrdə lif verən bitki kimi istifadə olunur. Çiçək salxımının oxundan 
alınan lifdən kəndir və toxuculuq (hörmə) məmulatı istehsal edirlər. Viqna siderat bitki kimi geniş 
becərilir, hər hektar torpaq sahəsinə 300 kq-a qədər azot toplayır. Tərkibində 24-28 % zülal, 60-63 
% sulu karbonlar, 1,0-1,3 % yağ, mineral maddələr və s. vardır. 
Viqnanın paxlaları dəmir və kalsium duzları ilə də zəngindir. Pəhriz xüsusiyyətlərinə görə 
ondan ürək, ciyər və böyrək, şəkər, aşağı mədə sekresiyası və qastrit xəstəliklərinə qarşı müalicədə 
istifadə edilməsi məsləhət görülür.
Yayılması və məhsuldarlığı. 
Viqna bitkisinin yayılması tropik və subtropik coğrafi en 
dairəni əhatə edir. Yer kürəsində onun əkin sahəsi 5 milyon hektardan çoxdur. Əsas əkin sahəsi 
Afrika kontinentində cəmlənmişdir. Bu bitkini Meksika, Kolumbiya, Çin, Yaponiya və Misirdə 
kiçik sahələrdə becərirlər.
Viqnanın dən məhsuldarlığı aşağıdır, xüsusən Afrikada hektardan 4-6 sentner, yüksək 
əkinçilik mədəniyyəti şəraitində isə 16-20 sentnerə qədər məhsul götürülür. 
Botaniki təsviri. 
İnəknoxudu – 
Viqna 
cinsinin
 
57 növü müəyyən edilmişdir. Onlardan 42-si 
çox yayılmışdır. Təsərrüfat üçün qiymətlisi və çox becəriləni iki növdür. 
1. Viqna katyanq – 
Vigna catjang
– paxlaları dik vəziyyətli, möhkəm qabıqlı, toxumları 
xırda, silindirdir. 
Bu növ o qədər də əhəmiyyətə malik olmadığına görə az yayılmışdır. İnkişaf etdiyi rayonlarda 
əsasən yaşıl yem üçün becərilir. 
2. Viqna sinensis – 
Vigna sinensis
– paxlaları aşağıya doğru əyilmiş , sortlarından asılı olaraq 
qısa, yaxud olduqca uzun (40-50 sm), nazik və möhkəm qabıqlıdır. Yetişməmiş paxlaları və tam 
yetişmiş dənləri yeyintidə geniş miqyasda istifadə edilir. Eyni zamanda yaşıl gübrə və yem üçün də 
becərilir. 
Viqna birillik paxlalı bitkidir, hündürlüyü 60 sm-dən 300 sm-ə qədərdir. Böyümə xarakteri və 
yarpaqlarının üçlü olmasına görə lobyaya oxşayır, lakin çiçəyin qayıqcığı burulmur, burun hissəsi 
geriyə qatlanmışdır. Öz-özünü tozlayan bitkidir. Toxumlarının forması və rəngi adi lobyada olduğu 
kimidir. Dənin forması girdə (dəyirmi), böyrəkşəkillidir. Dənin mütləq kütləsi növdən asılı olaraq 
60 - 350 qr-a qədər dəyişir. 
Viqna - 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin