199
Şəkil 24. Lüpin
: Solda çoxillik, Sağda birillik..
eyni vaxtda bitki arası məsafəni 40 sm saxlamaqla seyrəltmə aparılır. İki həftədən sonra toxalama
və bitkilərin dibinin doldurulması da daxil olmaqla cərgə aralarının ikinci yumşaldılması aparılır.
Viqnanın məhsuldarlığını artırmaq üçün torpağın yumşaldılması ilə yanaşı 4-5 yarpaq əmələ gələnə
qədər suvarma aparılır, sonra suvarmalar azaldılır.
Qönçələmə fazasında
yemləmə gübrəsi verilir
Bitkilərin boyu 2,0-2,5 m-ə çatdıqda ucvurma aparılmazsa, bitkinin inkişafı payızın sonuna
qədər davam edər və məhsul yetişə bilməz.
Ərzaq məqsədilə pörtlətmək yaxud konservləşdirmək üçün viqnanı
süd və süd-mum
yetişkənlik fazasında yığırlar. Bu vaxt paxlalar yaşıl rəngli olurlar.
Dən məqsədi üçün gövdə, yarpaq və paxlaların qabığı açıq-sarı rəng aldıqda quşqonmaz
lobyanın yığımına başlanılır. Dövri olaraq içərisində yetişmiş toxumlar olan qurumuş paxlaları
yığırlar. Paxlalardan dəni ayıraraq yaxşı havalanan yerdə günəş altında qurudurlar. Viqnanın
toxumlarını gələcəkdə əkin materialı kimi istifadə etmək üçün quru şəraitdə +5
0
C
temperaturda
saxlamaq lazımdır. Quru hava şəraitində alınmış toxumlar cücərmə qabiliyyətini 5-6 il saxlayır.
Dostları ilə paylaş: