16.9. Lüpin (Acıpaxla) Əhəmiyyəti . Lüpinin üstünlüyü ondan ibarətdir ki, o, siderat bitki kimi havanın molekulyar
azotunu (N
2
) yüksək təsbit etmək və torpağa çoxlu miqdarda üzvi maddələr toplamaq qabiliyyətinə
malikdir. Hər hektara 180-200 kq-a qədər bioloji azot toplayır ki, bu da 35-40 ton peyinə bərabərdir.
Lüpinin kök sistemi torpağın dərinliyinə işləyir və çətin həllolunan fosfatlardan istifadə edir.
Sarı lüpin qida elementləri ilə zəif təmin olunmuş qumsal torpaqlarda inkişaf etmək
qabiliyyətinə malik olduğundan torpaqları yaxşılaşdırmaq üçün ondan istifadə edilir. Ensizyarpaq
lüpin ağır torpaqları yaxşılaşdırır və turşuluğu çox olan mineral gübrələrin səmərəliyini yüksəldir.
Ağ lüpinin toxumlarında zülalın miqdarı çox hallarda 50 %-ə çatır. Son dövrlərə qədər ondan
heyvandarlıqda yem kimi istifadə etmək çətinliklər törədirdi, çünki, onun toxumunda və yeraltı
kütləsində 1-2 %-ə qədər acı və zəhərli alkaloidlər (lüpinin, lüpanin, spartein və s.) var.
Sonralar görkəmli rus alimi D. N. Priyanişnikovun təşəbbüsü ilə lüpinin şirin sortları əldə
edildi ki, onun tərkibində alkaloidin miqdarı 0,0025 %-dən çox deyildir. Bu sortlar yem və ərzaq
kimi istifadə etməyə yararlıdır.
Tərkibində alkaloidlər az olan
sortlar şirin sortlara nisbətən zərərverici
və
xəstəliklərə
davamlıdırlar
və
heyvandarlıqda yem kimi istifadə etmək
olar.
Bitkinin tarixi və yayılması. Lüpin bitkisi çox qədim dövrlərdən
məlumdur. Ağ lüpin bizim eradan 4-6
min il əvvəl Aralıq dənizi ölkələrində
(Yunanıstanda, Misirdə, Romada və s.)
becərilirdi. Toxumları isladıldıqdan və
pörtlədildikdən
sonra
ərzaq
və
heyvandarlıqda yem kimi istifadə
edilirdi.
Lüpin
əsasən
Rusiyada,
Ukraynada, Belorusda və Pribaltika respublikalarında becərilir.
Yüksək məhsuldar bitkidir. Məhsuldarlığı hektardan 400-450 sentnerə, hətta 600-700 sentnerə
çatır. Dən məhsuldarlığı noxuda nisbətən hektardan 7-8 sentner çox olur.