200
Yeni dünya, (12 növü) Köhnə dünya ölkələrinə aiddir.
Kök sistemi oxvarıdır, gövdəsi düz dayanan, qabırğalıdır. Çiçəyi əsas gövdənin və yan
budaqların nəhayətində müxtəlif formalı və böyüklükdə qotazdır. Sarı və çoxillik lüpin çarpaz
tozlanır, ensizyarpaq və ağ lüpin isə öz-özünü tozlayandır. Paxlaları yetişəndə açılaraq (ağ lüpin
müstəsna olmaqla) toxumu tökülür.
Köhnə dünya lüpinlərindən yalnız –
L. somaliensis
adlanan növü Şərqi Afrikada yayılmış,
qalanları isə Aralıq dənizi ölkələrində toplanmışdır.
Tarlaçılıqda Aralıq dənizi qrupunun birillik növlərindən ensizyarpaq, sarı çiçəkli və ağ
çiçəkli, Amerika qrupunun çoxillik növlərindən yalnız biri becərilir. Növlər bir-birindən kimyəvi
tərkibi və bioloji xassəsi ilə bərabər, bitkilərinin quruluşuna görə də fərqlənirlər.
Ensizyarpaq lüpin -
L. angustifolius
gövdəsi 1-1,5 m hündürlüyündə seyrək səpinlərdə
gövdəsi bütün boyu bərabəri, sıx səpinlərdə isə yalnız yuxarı hissəsində budaqlanır. Bitkisi
yüngülvari tüklüdür. Yarpağının yarpaqcıqları 7-9 ədəd, ensiz-lansetvarı, çiçəkləri göy, mavi,
bənövşəyi, ağ, çəhrayı və s. rənglidir. Öz-özünü tozlayan bitkidir.
Ləçək yarpaqları göy olanları göy lüpin adlanır. Paxlası şişkin, 4-6 toxumlu, toxumları iri,
böyrəkşəkilli, boz, bozumtul-qonur, qəhvəyi, az hallarda ağ rəngli olur. Rəngli toxumları saya
(birrəngli), yaxud iki rəngli mərmər kimidir. Toxumun mütləq kütləsi 150-180 qramdır. Çox
polimorf növdür.
Sarı lüpin – L. luteus
alçaq boylu birillik növdür. Gövdəsi 70-80 sm hündürlüyündə aşağı
hissədə budaqlanan, tüklü və şırımlıdır. Yarpaqcıqları 8-11 ədəd, enlilansetvarı, kütdür. Çiçəkləri
tünd sarı rəngli, ətirlidir. Əksər hallarda çarpaz tozlayır. Paxlası basıq, 3-5 toxumlu, toxumları
yuvarlaq böyrəkşəkilli, yan tərəflərindən zəif basıq, səthi mərmər kimi, ləkəli və boz, bəzilərində
sarımtıl, yaxud ağ və saya olur. Toxumun mütləq kütləsi 100-140 qramdır.
Ağ lüpin -
L. albus
gövdəsi 1-2 m hündürlüyündə, yoğun yalnız yuxarı hissəsində
budaqlanandır. Bitkisi ağ, yumşaq tükcüklərlə örtülüdür. Yarpaqcıqları 7-9 ədəd, uzunsov-oval
formalıdır. Çiçək salxımı az çiçəklidir. Çiçəyinin tacı ağ, mavi, göyümtül-ağ rənglidir. Öz-özünü
tozlayan bitkidir. Paxlası uzunsov 8-11 toxumlu, toxumları çəhrayımtıl-ağ rəngli, olduqca iri, yan
tərəflərindən kəskin bucaqlıdır. Toxumun mütləq kütləsi 250-450 qramdır.
Çoxillik lüpin – L. polyphyllus
birinci ili çox zəif inkişaf edir. İkinci və sonrakı illərdə güclü
böyüyərək hündürlüyü 1,5 metrə çatır. Yarpaqcıqları 9-16 ədəd, enlilansetvarı, yuxarısına doğru
sivriləşmişdir. Çiçəkləri göy-bənövşəyi rənglidir. Paxlası nazik, toxumları xırda, ovalşəkilli, tünd
qəhvəyi rənglidir. Toxumun mütləq kütləsi 20-45 qramdır.
Dostları ilə paylaş: