Tapşırıq və yoxlama sualları -16 1. Sizə hansı lələkşəkilli paxlalı bitkilər məlumdur? Onların latın adlarını deyin.
2. Atmosfer azotunun fəal təsbit olunması (simbioz) üçün optimal nəmlik necədir?
3. Səpin qabağı toxumun mütləq yoluxdurulmasına tələbat göstərən bitkiləri göstərin.
4. Dənli-paxlalı bitkilərin ontogenezində yerüstü kütlədə quru maddə və zülalın toplanması
necə dəyişir?
5. Paxlalı bitkilərin torpağın səpinqabağı becərilməsinə olan əsas tələbatını sadalayın.
6. Paxlalı bitkilər becərilən zaman hansı gübrələr tətbiq olunur və nə üçün?
7. Noxudun növ tərkibi barədə danışın.
8. Şəkərli və soyulan noxud sortlarının nə kimi xüsusiyyətləri vardır?
9. Noxudun səpin müddəti nədən asılıdır?
10. Noxudun toxum üçün yığım müddətləri və üsullarından danışın.
11. Soya toxumunda zülalın miqdarı necə dəyişir və nədən asılıdır?
12. Soyanın dünyada yayılma arealını göstərin.
13. Şimal ekotipinə aid olan soya sortlarının bioloji xüsusiyyətlərini sadalayın.
14. Soyanın aqrotexniki xüsusiyyətləri barədə danışın.
15. Lobyanın daha çox yayılmış növlərini göstərin.
16. Lobya toxumunun basdırılma dərinliyi necədir?
17. Mərcimək necə istifadə olunur?
18. Mərciməyin nə kimi morfoloji xüsusiyyətləri vardır?
19. Mərciməyin toxum üçün yığım xüsusiyyətlərini danışın.
20. Yem paxlası toxumunun forması və böyüklüyünə görə təsnifatını göstərin.
21. İstiliyə və nəmliyə yem paxlası hansı tələbatı göstərir?
22. Qranulometrik tərkibi ağır olan torpaqlar yem paxlası üçün nəyə görə yaramır?
23. Hansı aqrotexniki üsul desikasiya adlanır? Onu nə vaxt və nə üçün aparırlar?
24. Lərgəni hansı məqsəd üçün becərirlər?
25. Lərgənin bioloji və aqrotexniki xüsusiyyətləri barədə danışın.
26. Nutun morfoloji xüsusiyyətlərini sadalayın.
27. Lüpinin hansı növləri daha çox yayılmışdır?
28. Ağ, sarı və ensizyarpaq lüpinin becərilməsi üçün tələb olunan fəal temperatur cəmini
göstərin.
29. Ağ lüpinin becərilən sortları və yabanı növlərində alkaloidlərin miqdarı nə qədərdir?
30. Lüpinin aqrotexniki xüsusiyyətləri barədə danışın.