205
temperaturda kökümeyvədə şəkər toplanması dayanır. Kökümeyvənin başcığında
reproduktiv
tumurcuqların formalaşması üçün əlverişli temperatur 15-23
0
C-dir. Payızda çuğundurun
vegetasiyası 2-4
0
C temperaturda dayanır. Normal böyüyüb kökümeyvə məhsulu yaratmaq üçün
2200-2600
0
C aktiv temperatur tələb olunur.
Şəkər çuğundurunun kökümeyvəsi 3-4
0
C temperaturda yaxşı saxlanılır.
Toxumluq şəkər
çuğunduru tarlalarında yarpaq rozetlərinin uzanması 2-3
0
C temperaturda başlayır. Rozet
yarpaqlarının, gövdə və reproduktiv orqanların inkişafı üçün daha əlverişli şərait 15-20
0
C
temperatur zamanı toplanır.
Toxumluq bitkilər rozet yarpaqlar fazasında temperaturun – 4-6
0
C aşağı düşməsinə dözürlər.
Çiçəkli gövdələrin inkişafı dövründə - 1-2
0
C şaxtalar bitkini zədələyə bilir.
Şəkər çuğunduru nisbətən quraqlığa davamlı bitkidir. Bu onunla əlaqədardır ki, o torpağın 2-
3 metr dərinliyinə işləyən kök sistemi əmələ gətirir. Bu çuğundurun payız-qış dövründə atmosfer
çöküntüləri hesabına toplanmış torpaq nəmliyindən istifadə etməyə köməklik edir. Adətən atmosfer
çöküntülərinin miqdarı çox olan illərdə kökümeyvə məhsulu yüksək olur, lakin bu zaman şəkərlilik
aşağı düşür. Şəkər çuğunduru müxtəlif vegetasiya dövrlərində müxtəlif miqdarda su sərf edir. Əgər
vegetasiya (15 maydan 15 oktyabra qədər) müddəti üç dövrə (50 günlük) bölünsə, buxarlanma üçün
su sərfinin nisbəti onlardan hər biri üçün təxminən 1: 9 : 3 təşkil edir. Bu dövrlərdən hər hansı
birində nəmliyin çatışmaması çuğundurun məhsuldarlığına mənfi təsir göstərir. Adətən iyul-avqust
aylarında bitki quraqlığa məruz qaldıqda kökümeyvə məhsulu və onun şəkərliliyi daha çox aşağı
enir. Bitki 1 ton kökümeyvə əmələ gətirmək üçün 8 ton su sərf edir. Toxumun cücərməsi üçün öz
kütləsinin 170%-i qədər nəmlik tələb edir. Bitkinin normal inkişafı üçün nəmlik torpaqda ən azı
tarla rütubət tutumunun 65-70%-i həddində olmalıdır.
Şəkər çuğunduru işıq sevən uzun gün bitkisidir. Yarovizasiya mərhələsini 0-8
0
C
temperaturda keçirir. Yaz səpinlərində yarovizasiya mərhələsi yazda başa çatmadığından
bütün il
boyu davam edir. Bəzi bitkilərdə yarovizasiya mərhələsi qısa müddətdə başa çatdığından onlar
birinci ili zoğ verib toxum əmələ gətirirlər. Normal bitkilər ikinci il çiçəkləyib toxum verir.
Çuğundurun inkişafı həyatının birinci ilində üç dövrə ayrılır. 1-ci dövr 1,5-2 ay davam edir,
bu dövrdə yarpaqlar və kök sistemi əmələ gəlir, 2-ci dövrdə meyvələr sürətlə böyüyür, 3-cü dövrdə
isə kökümeyvələrdə şəkərin toplanması sürətlə gedir.
Şəkər çuğundurunun suya tələbatı həyatının müxtəlif dövrlərində eyni deyildir. Toxumun
cücərməsi və cücərtilərin kök əmələ gətirməsi dövründə bitki suya daha çox tələbat göstərir.
Transpirasiya əmsalı 240-400 arasında dəyişir.
Şəkər çuğunduru uzun gün bitkisidir. İşıqlanma dövrü uzandıqda bitki tez inkişaf edir, yarpaq
və kökümeyvə yaxşı böyüyür, şəkərin toplanması artır. Sıx əkinlərdə çuğundurun kölgələnməsi
böyümə tempinin və şəkər toplanmasının aşağı düşməsinə səbəb olur. Çuğundurun şəkərliliyi
vegetasiya dövrünün ikinci yarısında günəş radiasiyasının gərginliyindən olduqca asılıdır.
Kökümeyvələrdə
şəkərin daha çox, intensiv toplanması aydın günəşli havanın buludlu hava ilə
növbələnməsi zamanı yaranır.
Şəkər çuğunduru üçün üzvi maddələrlə zəngin, makro- və mikroelementlərlə
təmin edilmiş
strukturlu torpaqlar daha əlverişlidir. Qranulometrik tərkibi ağır olan torpaqlarda çuğundur pis
inkişaf edir. Şəkər çuğunduru yüngül və orta qranulometrik (mexaniki) tərkibli şabalıdı, qonur və
qəhvəyi torpaqları sevir. Ağır, möhkəm qaysaq əmələ gətirən gilli boz torpaqlar, daşlı, çınqıllı
torpaqlar şəkər çuğunduru becərmək üçün yararsızdır. Şəkər çuğunduru
zəif qələvi və neytral
reaksiyalı torpaqları (pH=7,0-7,5) daha çox sevir.
Torpaq reaksiyasının pH=6-dən aşağı olması bitkinin böyüməsinə mənfi təsir göstərir,
zərərverici və xəstəliklərin təsirinə məruz qalır.
Qumlu və qumsal torpaqlardan yüksək məhsul götürmək üçün üzvi gübrədən istifadə
edilməlidir.
Şəkər çuğunduru torpağın aerasiyasına yüksək tələbat göstərən bitkidir. Bunun üçün torpağın
əkin qatında optimal sıxlıq (həcmi kütlə) 1,0-1,2 q/sm
3
həddində olmalıdır. Çuğunduru ağır gilli,
bataqlı, kasıb qumsal və daşlı torpaqlarda yerləşdirmək olmaz.
206
Digər bitkilərdən fərqli olaraq çuğundur torpaqdan xeyli artıq qida elementləri mənimsəyir.
Azot qidası çatışmadıqda
yarpaqlar zəif inkişaf edir, saralır və tez məhv olur. Azotun
çatışmaması fotesintezin intensivliyinə mənfi təsir göstərir. Belə ki, kökümeyvənin böyüməsi və
onda şəkər toplanması zəifləyir.
Fosfor çatışmadıqda bitkidə şəkərin sintezi azalır. Fosfor zülalın artmasına, azot
elementindən daha yaxşı istifadə edilməsinə və bitkinin vegetasiya müddətinin qısalmasına
səbəb
olur.
Kalium bitkinin şaxtaya və quraqlığa davamlılığını artırır. Kalium çatışmadıqda yarpaqların
kənarı quruyur və kökümeyvədə şəkərin miqdarı tezliklə aşağı düşür.
Kükürd çatışmadıqda yarpaqlarda qonur ləkələr əmələ gəlir və saralmağa başlayır. Dəmir
çatışmadıqda yarpaqlarda xloroz xəstəliyi baş verir.
Məhsuldarlığın yüksəldilməsində və şəkərliliyin artırılmasında bor, sink, molibden və kobalt
kimi mikroelementlərin də böyük rolu vardır.
Dostları ilə paylaş: