Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Kökümeyvələrin kimyəvi tərkibi



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə225/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   221   222   223   224   225   226   227   228   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Kökümeyvələrin kimyəvi tərkibi.
Texniki yetişmiş kökümeyvənin tərkibində orta hesabla 
75% su və 25% quru maddələr, əsas hissəsini (17,5%) saxaroza təşkil edir, lakin 7,5%-i qeyri 
şəkərlərdir. Qeyri şəkərlərin ümumi miqdarının 5%-ə qədəri (sellüloza – 2,5%, pektin maddələri – 
2,4, zülallar və kül – 0,1%) həll olmayan maddələrin payına düşür. Şəkər olmayan həll olanlara 
fruktoza, qlükoza (inert şəkəri) və başqa azotsuz maddələr (0,8%); azotlu maddələr (1,1%) və kül 
(0,6%) aiddirlər. 
Texniki mənada təkcə saxaroza şəkər adlanır (şəkər qamışı, yaxud şəkər çuğundurundun 
alınan şəkər – disaxarid C
12
H
22
O
11
). Yerdə qalan bütün sulu karbonlar, digər üzvi və mineral 
maddələr şəkər olmayanlara aiddir. Onların miqdarı sortdan, becərildiyi bölgədən və 
aqrotexnikadan asılı olaraq dəyişir. Daha təhlükəlisi həll edilə bilən pektin maddəsidir ki, şirəyə 
çevrilir, onun süzülməsini olduqca çətinləşdirir və şəkərin kristallaşmasına mane olur. Çuğundur 
şirəsinin tərkibindəki azotlu maddələr iki qrupa bölünür: təhlükəsiz (zülali maddələr) və təhlükəli 
(betainlər, amidlər, rəngləyici maddələr və s.). təhlükəli maddələr şəkərin emalı prosesində 
çökdürülmür və patkəyə (şəkər ləti) keçir. 
Şəkər çuğundurunun əsas keyfiyyət göstəricisi, şəkərliliyi nəzərə almadan şirənin 
keyfiyyətliliyidir, və ya həll olunan quru maddədə şəkərin faizlə miqdarıdır, belə ki, invert şəkərinin 
miqdarı (qlükoza və fruktozanın qarışığı) və təhlükəli (zülalsız) azot. Şəkərin çuğundurun 
kökümeyvəsində paylanması eyni bərabərdə deyildir. Şəkər daha çox boyuncuqda, daha az başcıqda 
və ən az isə kökümeyvənin aşağı hissəsində (quyruqcuqda) olur. 
Azərbaycanda rayonlaşdırılmış sortları:
Kiva F1, Lena F1, Ameli F1, ED RH 0005 F1. 
Növbəli əkində yeri. 
Şəkər çuğundurunu alaq otlarından təmiz, münbit və nəmliklə kifayət 
qədər təmin olunmuş tarlalarda becərmək lazımdır. Şəkər çuğundurundan ötrü ən yaxşı sələflər – 
gübrələnmiş payızlıq buğda, payızlıq arpa, qarğıdalı, birillik dənli-paxlalı bitkilərdir. Şəkər 
çuğundurunun özü müxtəlif bitkilərdən ötrü – qarğıdalı, darı və dənli-paxlalılar üçün yaxşı sələfdir. 
Yaxşı olar ki şəkər çuğunduru öz tarlasına 3-4 ildən sonra qaytarılsın. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin