216
Həqiqi yarpaqları sadə, zəif və güclü dilimlənəndir. Şalğamın yarpaqlarının
səthi hamar, seyrək
tüklü
mum təbəqəsi ilə örtülmüş, turnepsin əksər sortlarında isə müxtəlif dərəcədə kənarları xətlidir.
Həyatının ikinci ili kökümeyvənin başcığındakı tumurcuqlardan çiçək daşıyan budaqlar əmələ
gəlir. Şalğamın hamaşçiçəyi qotaz, turnepsinki isə qındır. Çiçəkləri sarı
rəngli dördləçəkli
süpürgədir, altı erkəkcik və bir dişiciklidir, meyvəsi inkişaf etmiş çoxyuvalıdır. Meyvələri şarşəkilli,
xırda, qara yaxud darçını rəngli, 1000 ədədinin kütləsi 2,5-3,0 qramdır.
Kökümeyvə başlıca olaraq ləpəaltı dizciyin və qismən kökün hesabına əmələ gəlir.
Kökümeyvənin forması sortdan asılıdır: şalğamda daha çox oval, yastı,
yaxud uzunsov-dəyirmi,
turnepsdə isə dəyirmi, uzunsov-konus formalıdır. Kökümeyvənin yuxarı hissəsi yaşıl,
bənövşəyi,
lakin aşağı hissəsi meyvə lətindən asılı olaraq ağ yaxud sarı ola bilər.
Dostları ilə paylaş: