Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə241/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   237   238   239   240   241   242   243   244   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bitkinin tarixi.
Kartofun vətəni Cənubi Amerika olub. Çox qədim zamanlardan kartof 
qarğıdalı ilə yanaşı olaraq hinduların əsas qidasını təşkil edib. 
 
Mərkəzi və Cənubi Amerikada 
kartofun əsasən 150 yabanı növü yayılmışdır.
Kartofun kəşf edilməsi Kolumbiya ekspedisiyası Qonsalo de Kesada (1536-1537) məxsusdur. 
Vyana botaniki Karolis Klyuzius 1601-ci ildə özünün «Nadir bitkilərin təsviri» kitabında kartof 
haqqında təfsilatı ilə yazmışdır. İspan səyahətçisi X. Kolumb Amerikanı kəşf edərkən kartofun 
mədəni şəkildə becərildiyini görmüşdür. Onlar yerli əhalinin torpaqdan alma kimi yumruları 
çıxararaq ocaqda bişirib iştahla yediklərini müşahidə etmişlər. 1565-ci ildə kartof İspaniyaya 
gətirilib, oradan İtaliyaya və Avropa ölkələrinə yayılıb. 1588-ci ildə İngiltərəyə, 1651-ci ildə 
Almaniyaya, oradan isə Fransa və İsveçrəyə gətirilmişdir. 1596-cı ildə Klyuzius yetişdirdiyi kartof 
yumrularını təzə bitki «Solanum tuberosum» adlandıraraq İsveçrə botaniki Kasbar Boxenə
göndərmişdir. Kartofun bu adı indiki dövrə qədər saxlanılmışdır. 
Kartof Rusiyaya XVIII əsrdə gətirilmişdir. I Pyotr 1700-cü ildə Hollandiyada olarkən 
Şeremetyevə bir kisə kartof göndərir. 1765-ci ildə əsasən bu bitkinin becərilməsinə başlanılır. 
Kartof Azərbaycana XVIII əsrin axırı və XIX əsrin əvvəllərində ruslar, molokanlar və alman 
kolonistləri tərəfindən gətirilmişdir. 
İngilis alimi Sefford Peru Çili ərazisində qədim qəbirlərdə müxtəlif qabların içərisində kartof 
şəkilləri tapmışdır. Bu şəkillər Amerikanın kəşfindən əvvəl olduğunu göstərir. Ekvador, Peru, 
Boliviya, Argentina və Çili ərazilərində hindu qəbilələri vaxtilə digər məhsullarla yanaşı kartofun 
da qurumuş ehtiyatını saxlayırlarmış ki, müharibə olarsa həmin ərzaqlardan istifadə etsinlər. 
Uzun müddət ərzində kartofun cəmi bir mədəni növü məlum olub. 1925-ci ildə böyük rus 
alimi akademik İ.N. Vavilovun rəhbərliyi altında sovet kartofçu-botanikləri S.M. Bukasov və S.V. 
Yuzepçuk Latın Amerikası ölkələrində (Kolumbiya, Peru, Boliviya, Çili) kartofu tədqiq etmişlər. 
Nəticədə 60 yabanı və 20 mədəni kartof növü aşkarlanmışdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin