220
Avropa ölkələrinin payına düşür. FAO – nun məlumatına görə Polşa,
Almaniya, Fransa eləcə də
ABŞ-da əkin sahələri daha çoxdur. FAO-nun digər məlumatına görə il ərzində adam başına
Belarusda 175 kq. Polşada 144 kq. Ukraynada 138 kq. Rusiyada 127 kq. İngiltərədə 99 kq.
Kanadada 65 kq. ABŞ-da 60 kq. İtaliyada 39 kq. və Bolqariyada 32 kq. kartof sərf olunur.
Azərbaycanda bu bitkinin əkin sahəsi 69-70 min ha. arasında tərəddüd edir. Ümumi məhsul
istehsalı 1077114 ton, hektardan orta məhsuldarlıq 153 sentner olmuşdur.
Kartofun hər hektarında 120 sentnerdən aşağı məhsul götürülərsə
deməli təsərrüfat zərərlə
işləyir.
Botaniki təsviri.
Kartof köküyumrulu çoxillik otvarı bitkidir. Onu birillik mədəni bitki kimi
becərirlər, ona görə ki, onun bütün həyat dövrü çıxışlardan yetkin yumruların
əmələgəlməsi və
formalaşmasının başa çatması bir vegetasiya müddətində keçir.
Kartofu adətən vegetativ yolla, yumruları ilə çoxaldırlar. Onu yumruları bölməklə, cücərti,
zoğlar və çiliklərlə müvəffəqiyyətlə çoxaltmaq olar. Seleksiya
işlərində tez-tez toxumla
çoxaltmadan istifadə edilir. Kartof badımcançiçəklilər (
Solanaceae)
fəsiləsinin
Solanum
cinsinə
aiddir. Bu cinsin mədəni becərilən
Solanum tuberosum L.
növü daha çox yayılmışdır. Kartofun
digər növləri çoxlu qiymətli, faydalı bioloji və təsərrüfat əlamətləri ilə fərqləndiyindən seleksiyada
yeni sortların alınmasında tez-tez istifadə olunur. Bunlar aşağıdakılardır.
S. andigenum Juz. et. Buk. –
Argentinanın tetraploid növü (2n = 48); bir çox
tədqiqatçılar onu
Dostları ilə paylaş: