225
bilsinlər. Buna görə də bəzən kartof təkrar səpinlərə məruz qalır. Əgər kartof eyni yerdə uzun
müddət əkilərsə ziyanverici və xəstəlik törədicilər çoxalır.
Kartof bitkisi cərgəarası becərildiyindən, məhsulu yığıldıqdan sonra torpaq alaqsız və yumşaq
olur. Odur ki, bu bitki dənli taxıl, dənli-paxlalı və texniki bitkilər üçün yaxşı sələf hesab olunur.
Kartofu eyni tarlada dalbadal əkdikdə fitoftora xəstəliyinə tutulur, yumrular məftil qurdları və başqa
zərərvericilər tərəfindən daha çox zədələnir.
Eyni tarlada əkilən kartof bitkisində ən çox xəstəliklərdən fitoftora, dəmgil, qara ayaq və
rizoktoniyadır. Məhsuldarlığın aşağı düşməsi yoluxucu xəstəliklərin çoxalması ilə yanaşı torpağın
fiziki xassələrinin pisləşməsidir. Bunlar bitki eyni tarlada dalbadal əkildikdə baş verir. Ona görə də
kartofu ixtisaslaşmış fermer təsərrüfatlarda becərərkən profilaktiki yol növbəli əkindir. Növbəli əkin
tarlasında kartof yenidən əkilərsə orada dənli-paxlalılar və çoxillik paxlalı yem otlarının əkilməsi ilə
yanaşı üzvi gübrələrin verilməsi vacibdir. Kartofu bütün kənd təsərrüfatı bitkilərindən sonra
becərmək mümkündür. Ancaq, ən yaxşı sələflər payızlıq dənli taxıl bitkiləri, birillik paxlalılar
(noxud, paxla, mərcimək və s.) və çoxillik paxlalı otların ikinci ilindən sonradır.
Torpaq-iqlim şəraitindən, təsərrüfatın istiqamətindən, təsərrüfatda səpin tarlasının
strukturundan asılı olaraq becərilən kartof bitkisini növbəli əkinin müxtəlif bitkiləri ilə
növbələşdirmək olar.
Dostları ilə paylaş: