Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə246/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   242   243   244   245   246   247   248   249   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Torpağın becərilməsi. 
Kartofdan yüksək məhsul əldə edilməsinin əsas şərtlərdən biri 
torpağın əkin qatında güclü yumşaq, yaxşı havalanan və kifayət qədər nəmliklə təmin olunmuş 
şəraitin olmasıdır.
 
Torpağın hazırlanması əsas becərmədən, dondurma şumundan və səpinqabağı 
becərmədən ibarətdir. Kartof üçün şum qatı dərin yumşaldılmalıdır ki, torpağın hava və nəmlik 
rejimi yaxşı nizamlansın. Hava və suyu yaxşı keçirən torpaqlarda kartof tez inkişaf edir və daha iri 
yumrular əmələ gətirir. Respublikamızın kartofçuluq rayonlarında əsas şum 25-30 sm dərinliyində 
ön kotancıqlı kotanla aparılır. Əsas şum zamanı şumaltı qatı yumşaltmaq üçün kotana 
torpaqdərinləşdirici də bərkitmək olar. Payızlıq dənli-taxıl bitkilərindən sonra tarla 6-8 sm 
dərinliyində üzlənir. Alaqlar cücərdikdən sonra 8-10 sm dərinliyində 2-ci üzləmə aparılır. Şum 
altına hər hektara 15-20 ton peyin, 2-3 sentner surepfosfat, 2-3 sentner kül, 1-2 kq manqan-sulfat 
verilir. Payız-qış aylarında şum qatındakı nəmlik qorunub saxlanılır. Erkən yazda tarlada traktorun 
işləməsi mümkün olduğu vaxt tarla malalanır. Bir neçə gündən sonra 10-12 sm dərinliyində 
kultivasiya çəkilib torpaq yumşaldılır və daha sonra malalanıb hamarlanır. Əsas şumdan sonra yaza 
qədər torpaq çox kipləşibsə, yazda əsas şumun köndələninə 3-5 sm dayaz olmaqla şumlama aparılır. 
Bəzən təkrar şum əvəzinə 13-15 sm dərinliyində çizellə də yumşaldıla bilər. Hər iki tədbirdən sonra 
sahə dərhal malalanmalıdır.
Kartofun məhsuldarlığı şumun dərinliyindən əhəmiyyətli dərəcədə asılıdır. Dərin şumun 
aparılması vacibdir, çünki ki, yumruların inkişaf etməsi üçün torpağın gücü artır. Belə şum 
sonradan bitkilərdə yaxşı dibdoldurmanı təmin edir. Dayaz şum aparılmış sahələrdə dibdoldurma 
hədsiz çətinləşir, torpağın səthinə yaxın kütləvi olaraq xırda yumrular əmələ gəldiyindən, 
məhsuldarlıq olduqca aşağı düşür. 
Əsas becərmə Dənli-taxıl və dənli-paxlalı bitkilərdən sonra torpaq əvvəlcə üzlənilir və sonra dərin dondurma 
şumu edilir. Üzləmə diskli üzləyicilərlə 5-8 sm dərinlikdə sələf bitkinin məhsulu yığılan kimi aparılmalıdır. Üzləmənin 
aparılması ləngiyərsə rütubət itkisi yaranar və bu üsulun effektliyi azalar. Üzləmədən sonra quru zonalarda az norma 
ilə sahə suvarılır. Üzləmədən 2-3 həftə sonra şum qatı imkan verən dərinlikdə şumlama aparılır. Əgər sahə kövşənlik 
bitkisi altında deyilsə onda sələf bitkisinin məhsulu yığılan kimi şum aparıla bilər. Şumu ön kotancıqlı kotanla aparırlar 
ki, bu da alaqlara qarşı faydalı mübarizə tədbiri sayılır. başdan-başa becərilən bitkilərdən sonra yerləşdirilərsə 
dondurma şumu diskləmə ilə əvəz oluna bilər.
Nəmlik itkisinin qarşısını almaq üçün yazda torpağı becərərkən dişli malalardan istifadə edilir. Adətən bu üsul 
mexaniki tərkibi yüngül olan, strukturlu torpaqlarda daha faydalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin