Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Helianthus  cinsinin 100 növü vardır ki,  onlardan ikisinin-  Helianthus annus L



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə257/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   253   254   255   256   257   258   259   260   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Helianthus 
cinsinin 100 növü vardır ki, 
onlardan ikisinin- 
Helianthus annus L. 
(günəbaxan) və 
Helianthus tuberosus L. (yer 
armudu) 
təsərrüfat əhəmiyyəti vardır. 
Topinamburun yerüstü orqanları günəbaxana 
bənzəyir. Gövdəsi dikduran, budaqlanan
yaxşı yarpaqlanan yaşıl, zəif bənövşəyi rəngli 
və hündürlüyü 2-4 metrdir. Bir bitkidə 1-5 
gövdə 
əmələ 
gəlir. 
Yarpaqları 
iri, 
yumurtavarı, itiuclu, kənarları mişar kimi 
dilimlidir. Yarpaqlar aşağı hissədə qənşər-
qənşərə çıxırlar, orta və yuxarı hissədə isə 
növbələnirlər. Çiçək qrupu günəbaxanda 
olduğu kimi səbətdir və diametri 2-5 sm-ə 
bərabərdir. Çiçək qrupu əsas gövdənin və yan 
budaqların nəhayətində yerləşir. Bir səbətdə 
5-50-yə qədər çiçək olur və çarpaz tozlanır. 
Meyvəsi günəbaxandan kiçikdir, mütləq 
kütləsi 7-9 qrama bərabərdir.
Kök 
sistemi 
saçaqlı 
və 
yaxşı 
budaqlanandır. Kökü torpağın 2 m dərinliyinə 
işləyir və ümumi kütlənin 8%-ni təşkil edir. 
Yeraltı budaqlarında stolonlar əmələ gəlir. 
Stolonların 
axırıncı 
buğumaraları 
şişkinləşərək 
yumru 
əmələ 
gətirirlər. 
Seleksiya sortlarının stolonları 5-40 sm-ə qədər olur. Yumruları armudvari, oval dalğalı, səthi 
hamar və yaxud qırış olur. Kartofdan fərqli olaraq yumrular şişkindir. Bir bitkidə 20-30 ədəd 
yumru, yarımyabanı formalarında isə 70 ədədə qədər olur. Bir yumrunun kütləsi 10-100 qrama 
qədərdir. Kartof yumrularından fərqli olaraq topinamburun yumrularında kambi qatı olmur, ona 
görə də çətin saxlanılır.
Bioloji xüsusiyyətləri.
Yumrular torpaqda qışlayır. Hər il yerüstü kütlə vegetasiyanın
sonunda məhv olur. Tərkibində polisaxarid inulin və digər şəkərli maddələr olan yumrular isə qışa 
dözürlər. Yazda hər bir yumrudan 3-ə qədər budaq əmələ gələrək kol təşkil edirlər. Vegetasiyanın 
Şəkil 30.Topinambur (
Yer armudu
): 
1,2– cücərti fazası və yumruların intensiv 
əmələ gəlmə dovrü; 3 – budağı; 4 – çiçəyi: 
a – boruşəkilli, b – dilşəkilli; 5 – meyvəsi; 
6 – yumrusu. 


236 
birinci dövründə stolonlar qalınlaşana qədər budaqların inkişafı zəif olur. Yumrular əmələ 
gəlməzdən qabaq gövdənin böyüməsi sürətlənir. Lakin, stolonlar şişkinləşən zaman gövdənin 
inkişafı zəifləyir. Gövdənin maksimum inkişafı yayın ikinci yarısında (iyul-avqust) müşahidə edilir. 
Bu vaxt bitkinin boyu sutkada 4-5 sm uzanır. Sonra boy inkişafı dayanır, bitki qönçə və çiçək əmələ 
gətirir, plastik kütlə yarpaq və gövdədən kökümeyvəyə axır. Məhsul əsasən sentyabr-oktyabr 
aylarında formalaşır. Ən yaxşı məhsul yay və payız hədsiz isti keçəndə alınır. Topinambur həm 
yuxarı həm də aşağı temperatura davamlıdır. Faydalı temperaturun miqdarı 2500-2800 
0
C-dir. 
Bununla bərabər topinamburun yerüstü kütləsi qısa müddətli mənfi 8 
0
C
şaxtaya, yumruları isə 
mənfi 12 
0
C şaxtaya dözürlər. Eyni zamanda torpaqda qar örtüyü altında olduqda havanın mənfi 35 
0
C şaxtasına davamlıdırlar. Topinambur işığa qarşı o qədər də tələbkar deyildir. Hədsiz kölgə düşsn 
sıx yerlərdə yaşıl kütlə və yumruların məhsuldarlığı aşağı düşür. Topinambur qısa gün bitkisidir. 
Köküyumrulu bitkilərdən fərqli olaraq, topinambur yüksək quraqlığa davamlılığı ilə fərqlənir. 
Bunun səbəbi güclü kök sisteminin torpağın dərin qatlarına işləməsidir. Bitkilərin susuzluğa 
dözməsi dövrü çıxışlar zamanı və stolonlar əmələ gəldikdədir.Suyun çatışmaması və ən böhran dövr 
stolonların şişkinləşməsi və qönçələmə fazasına təsadüf edir. Bu, yayın ikinci yarısına təsadüf edir. 
Topinambur, duzlu, şoran və şorakət torpaqlardan başqa bütün torpaqlarda becərilə bilər. 
Lakin, ən yaxşı torpaqlar qumsal və gillicəli torpaqlar hesab olunurlar. Kartofdan fərqli olaraq turş 
torpaqları sevmir kartof və çuğundurdan fərqli olaraq torpaqdan çoxlu qida elementi aparır. 1 ton 
yaşıl kütlə ilə torpaqdan 3 kq azot, 1,2-1,4 kq fosfor və 4,5 kq kalium, köküyumruların 1 tonu ilə isə 
torpaqdan 2,0-2,5 kq azot və fosfor, 1 kq kalium elementi aparır. Peyin və mineral gübrə verdikdə 
məhsuldarlıq artır. Hektara 30 ton peyin verilməsi yaşıl kütlə məhsulunu hektardan 96, köküyumru 
məhsulunu isə 15 sentnerə qədər artırır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin