244
Qafqazda və Gürcüstanda əkilir. Günəbaxanın dən məhsuldarlığı hektardan 12-14 sentnerdən 25-30
sentner arasında dəyişir. Azərbaycanda bu bitkinin əkin sahəsi 10265 hektar, ümumi məhsul
istehsalı 16537 ton, orta məhsuldarlıq isə hektardan 16,6 sentnerdir. Ən çox əkin sahəsi Cəlilabad,
Masallı, Biləsuvar, Şəki, Şamaxı və s. rayonlardadır.
Botaniki təsviri.
Günəbaxan mürəkkəbçiçəklilər (
Compositae
) fəsiləsinin, astraseya
(
Astraceae
) ailəsinin, heliantus (
Helianthus annus
) cinsinin birillik bitkisidir.
Onu 2 sərbəst növə: mədəni günəbaxan –
Helianthus cultus
;
yabanı günəbaxan –
Helianthus ruderalis
– bölürlər.
Mədəni günəbaxan 2 yarımnövə ayrılır: səpin günəbaxanı –
H. a. sativus
,
bəzək günəbaxanı -
H. a. ornamentales
.
Günəbaxanın güclü şaxələnən mil kökü vardır. O, rüşeym kökcüyündən 2 dəfə sürətlə inkişaf
edərək torpağın 2-4 metr dərinliyinə, ətrafa isə 100-120 sm işləyir. Gövdələrinin hündürlüyü 1,0-2,5
metr, hətta 3-4 metrə çatan dik duran, üzəri tüklü içərisi özəklə doludur.
Yarpaqları uzun saplaqlı iri, oval, ürək formalı, iti nəhayətli və kənarları mişar kimidir.
Gövdənin aşağı hissəsində 3-5 cüt yarpaqlar qənşər-qənşərə, sonrakılar isə növbə ilə düzülürlər. Bir
bitkidə 15-35 yarpaq olur.
Çiçəyi səbətdir. Çiçəkləri dilşəkilli və boruşəkillidir. Dilşəkilli çiçəklər səbətin kənarında 1-2
cərgə düzülür, Sarı-narıncı rəngli, cinsiyyətsiz olur. Bəzən dişicik əmələ gəlir ki, o da çox zəif
olduğu üçün məhsul vermir.
Boruşəkilli çiçəklər səbətin üzərində yuvalarda yerləşir, ikicinsli və məhsuldar olurlar. Lakin
dişiciklər erkəkciklərdən tez yetişdiyinə görə çarpaz tozlanır. Yağlıq formalarda səbətin diametri
10-20 sm, çırtlama formalarda isə 40 sm-dir. Bir səbətdə 600-1200 çiçək olur. 5 erkəkcik və 1
dişicikdən ibarətdir. Dişicik tez yetişir. Meyvəsi toxum hesab edilir və tum adlanır. Tum uzunsov,
pazşəkilli, 4 üzlü, sivri nəhayətli, ikiləpəlidir. 1000 ədədinin kütləsi 35-75 qram, hətta 120 qrama
çatan formaları var.
Dostları ilə paylaş: